Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cozef Qordon-Levitt (17 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. "Yayın 500 günü" və "50 50-yə" filmindəki performansına görə "Qızıl Qlobus" mük

Cozef Qordon-Levitt

  • Ana Səhifə
  • Vikipediya
  • Cozef Qordon-Levitt

Cozef Qordon-Levitt (17 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. "Yayın 500 günü" və "50 50-yə" filmindəki performansına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. O, HitRecord media şirkətinin təsisçisidir.

Cozef Qordon-Levitt
ing. Joseph Gordon-Levitt
Cozef 2019-cu ildə
Cozef 2019-cu ildə
Doğum adı Joseph Leonard Gordon-Levitt
Doğum tarixi 17 fevral 1981(1981-02-17)[…] (45 yaş)
Doğum yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Fəaliyyəti aktyor, kinorejissor, film prodüseri, ssenarist, xarakter aktyoru, televiziya aktyoru, teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1988-ci ildən
Təhsili
  • Kolumbiya Universiteti,
  • Kolumbiya Universiteti Mühəndislik Məktəbi[d]
IMDb ID0330687
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qordon-Levitt 1981-ci ildə aşkenazi yəhudisi əsilli aktivist-fəal bir ailədə dünyaya gəlib, valideynlərinin sol dünyagörüşü və feminist baxışları səbəbiylə həm atasının (Levitt) həm də anasının (Qordon) soyadını daşımaqdadır. Hələ uşaq yaşlarından aktyorluğa başlayıb, 2000-ci illərin əvvəllərində aktyorluğa təhsili üçün ara verib ancaq sonra təhsilini yarıda buraxaraq aktyorluğa qayıdıb. Sirli dəri, Yayın 500 Günü, Brick, The Lookout, 50 50-yə kimi əsasən indie filmlərlə populyarlaşsa da Linkoln, Başlanğıc, The Dark Knight Rises, C.İ. Co: Kobranın yüksəlişi, Gəzinti kimi Hollivud filmlərində də yer alıb.

Hazırda dünyada ən populyar gənc aktyorlardan biri hesab edilən Qordon-Levitt, 2010-cu ildə onlayn vebsayt HitRECords-un əsasını qoydu. Portal, gənc və tanınmamış yazıçılar, rəssamlar, rejissorlar, şairlər və s. bütün növ sənətkarların azad şəkildə öz sənətlərini yaymaları, tanış olmaları və tanınmaları üçün nəzərdə tutulub. Aktyorun özü də gənc sənətkarlara yaxın dəstək olur, qısa filmlərin çəkilməsinə, və gənc yazarların əsərlərinin çap edilməsinə yaxın kömək göstərir. Layihəni televizor sahəsinə HitRECords on TV adı ilə daşıyan aktyor, bununla ABŞ televiziyasının ən prestijli mükafatı olan Emmiyə layiq görüldü. Bu günə kimi 4 dəfər Saturn, 2 dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilən aktyor Çenninq Tatum, Conni Depp, Leonardo DiKaprio və Robert Dauni ilə birlikdə 2010-cu ildə Xalqın Seçimləri Mükafatlarında "Xalqın Ən Sevdiyi Aktyor" kateqoriyasında namizəd idi.

Filmoqrafiya

  • Sirli dəri (2004)
  • Yayın 500 günü (2009)
  • C.İ. Co: Kobranın yüksəlişi (2009)
  • Başlanğıc (2010)
  • 50/50 (2011)
  • Linkoln (2012)
  • Looper (2012)
  • Don Jon (2013)
  • Gəzinti (2015)
  • Snouden (2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cozef Qordon-Levitt haqqında məlumat. Cozef Qordon-Levitt nədir? Cozef Qordon-Levitt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Heron

  • Fevral 25, 2026

    Toxtamış

  • Fevral 23, 2026

    Samir Nuriyev

  • Fevral 24, 2026

    İstehsalat

  • Fevral 25, 2026

    20 aprel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst