Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pana Film — Raci Şaşmaz tərəfindən qurulmuş və hal-hazırda Necati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir.

Pana Film

  • Ana Səhifə
  • Vikipediya
  • Pana Film

Pana Film — Raci Şaşmaz tərəfindən qurulmuş və hal-hazırda Necati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir.

Pana Film
Ümumi məlumatlar
Tipi Anonim şirkət
Sənaye

Film

Serial
Təsis tarixi 2004
Baş qərargahın yeri
  • İstanbul
Rəhbərlik
Təsisçi Raci Şaşmaz
Rəhbərlik

Raci Şaşmaz (2004–2014)

Necati Şaşmaz (2014–h.h.)
panafilm.com

Pana Film Qurdlar Vadisi teleserialı da daxil olmaqla "Ekmek Teknesi" və "Halil İbrahim Sofrası" kimi serialların da istehsalçısıdır.

Mündəricat

Təsis olunması

Qurtlar Vadisi və Ekmek Teknesi layihələrində Osman Sınav ilə birlikdə işləyən Raci Şaşmaz, Osman Sınavın bu layihələri təhvil verib bir müddətlik sektordan uzaqlaşmaq istəyinə yönəlik Pana Filmin əsasın qoydu və bu layihələri Osman Sınavın istehsal şirkəti Sinegrafdan təhvil aldı. Beləliklə Pana Film qurulmuş oldu.

İnkişafı

Pana Film Qurtlar Vadisi qədər qısa müddətdə sürətlə tanındı. Beləliklə Pana Film də Qurtlar Vadisi serialından əlavə başqa serialların da hazırlanmasına nail olur. Ancaq bu serialların çoxu uzun ömürlü olmadı. Böyük bir qismi 10-cu bölümə belə çatmadan final qərarı aldı.

2014-cü ildə şirkətin sahibləri Şaşmaz qardaşları arasında baş verən davadan sonra serialın prodüser və ssenaristi Raci Şaşmaz, ssenaristlər Bahadır Özdener və Cüneyt Aysan şirkətdən ayrıldı. Raci Şaşmaz şirkətdəki bütün haqlarını böyük qardaşı Nəcatiyə ötürdü.

Prodüser və ssenaristlərin ayrılmasından sonra sürətlə geri düşən Qurtlar Vadisi Pusu iki sezondan sonra yayımdan qaldırıldı. Qardaşı ilə yollarını ayırdıqlarını açıqlamasına baxmayaraq Pana Film, Raci Şaşmazın borclarından dolayı müsadirə edilməli oldu. Daha sonra Raci Şaşmaz 314.500 ₺ ödəniş edərək müsadirə olunan malları geri aldı.

Raci Şaşmaz "Kelebek" qəzetinə verdiyi açıqlamada 7 ildir qardaşını görmədiyini dedi və aldadıldığını iddia etdi. 100 milyon ₺ itirdiyini və 200 milyon ₺ borclandığını açıqladı.

Pana Sinema Akademiyası

Aktyor yetişdirmək üçün 2011-ci ildə qurulmuşdur. Daha sonra fəaliyyətini dayandırdı.

Pana Qələm Qrupu

Qurtlar Vadisi Pusqu seriyasının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdenər və Cüneyt Aysanın serialdan ayrılması nəticəsində ssenarist qrupunda baş verən boşluq Pana Qələm Qrupu ilə dolduruldu.

Pana Paylama

Beynəlxalq adı ilə "Pana Distribution", Pana Film layihələrinin ölkələrə marketinqi, bir çox ölkədə yayım hüquqlarının satışı və tədbirlərdə təmsil olunması ilə məşğul olan bölmədir.

Pana Post

Pana Film layihələrinin post-istehsalından məsul olan bölmədir.

Layihələr

Seriyallar

  • Çörək qayığı (2004–2005 / Show TV)
  • Qurdlar Vadisi (2004–2005 / Show TV və Kanal D)
  • Qurdlar Vadisi: Terror (2007 / Show TV)
  • Qurdlar Vadisi: Pusqu (2007–2016 / Show TV, Star TV, Atv, TNT və Kanal D)
  • Ayrılıq (2007 / Show TV)
  • Nazlı Yarım (2007 / Show TV)
  • Həyat davam (2007 / Show TV)
  • Mükəmməl bir an (2007–2008 / Show TV)
  • Fesupanallah (2007 / atv)
  • Makber (2009–2010 / Star TV)
  • Xəlil İbrahim Süfrəsi (2010–2011 / TRT 1)
  • Bir qadın tanıdım (2011–2012 / TNT)
  • Qurd Qanunu (2012 / TRT 1)
  • Kavşak (2012–2013 / TRT 1)
  • Mən onu çox sevdim (2013–2014 / atv)
  • Qara qutu (2015 / Kanal D)
  • Keşik (2019 / Show TV)

Filmlər

  • Qurdlar Vadisi İraq (2006)
  • Muro: Lənət olsun içimdəki insan sevgisinə (2008)
  • Qurdlar Vadisi Qladio (2009)
  • Qurdlar Vadisi Fələstin (2011)
  • Qurdlar Vadisi Vətən (2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pana film sözünün mənası, pana film haqqında məlumat. pana film nədir? pana film nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zelkova

  • Fevral 27, 2026

    VI Georq

  • Fevral 27, 2026

    Aleksander Çeferin

  • Mart 01, 2026

    Daniel Radcliffe

  • Fevral 27, 2026

    Ağamusa Nağıyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst