Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademi

Ələddin Eyvazov

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Eyvazov

Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru.

Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov
Doğum tarixi 26 mart 1967(1967-03-26) (58 yaş)
Doğum yeri Azərbaycan Respublikası Biləsuvar rayonu İsmətli kəndi
Elm sahələri

kənd təsərrüfatı,

baytarlıq, zoologiya
Elmi dərəcəsi aqrar elmlər doktoru
Elmi adı dosent
İş yeri

AMEA Zoologiya İnstitutu (2020-2022)

ARETN Zoologiya İnstitutu (2022-)
Təhsili Tam ali
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində təhsil alaraq baytar həkim ixtisasını almışdır.

Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.


Elmi fəaliyyəti

2001-ci ildə kənd təsərrüfatı elmləri namizədi (aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini, 2018-ci ildə dosent elmi adını və 2025-ci ildə aqrar elmlər doktoru elmi dərəcəsini almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Sloveniyada keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə. Eyvazov respublikada kənd təsərrüfatı, baytarlıq və zoologiyanın elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycan Respublikasının 2023-cü ildə çap olunmuş "Qırmızı Kitabı"nın üçüncü nəşrinin fauna üzrə məsul redaktoru və tərtibçilərindən biridir. Azərbaycan Respublikasının 2024-cü ildə çap olunmuş "Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlası"nın redaksiya heyətinin üzvüdür.

.

Elmi əsərləri

163 elmi məqalə, informasiya bülleteni, bukletin, rəngli albomun müəllifi və 2 sortun həmmüəllifidir.

Kitabları

  1. Kartofçuluq, Bakı-2004
  2. Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007
  3. Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008
  4. Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008
  5. Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011
  6. Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014
  7. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015
  8. Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015
  9. Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016
  10. Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017
  11. Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018
  12. Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər, Atlas, Bakı-2018
  13. Heyvan adlarının (azərbaycanca-latınca-ingiliscə-rusca) lüğəti Bakı- 2023
  14. Kartofun seleksiyası, aqrobiotexnologiyası və fizioloji-biokimyəvi xüsusiyyətləri. Monoqrafiya, Bakı-2025

Təltif və mükafatları

  • Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı — 2009
  • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı — 29.10.2015
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı — 2021
    Qızıl ulduz medalı
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmri ilə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — 08.06.2023
  • Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı — 2023
  • Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Təşəkkürnaməsi — 21.12.2023
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yubiley Medalı ― 26.10.2024
  • Bölmənin işində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı -08.04.2024

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələddin eyvazov sözünün mənası, ələddin eyvazov haqqında məlumat. ələddin eyvazov nədir? ələddin eyvazov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çilov

  • Fevral 26, 2026

    Nəriman Qasımoğlu

  • Fevral 27, 2026

    Zazalar

  • Fevral 27, 2026

    Danqı nahiyəsi

  • Fevral 27, 2026

    Taxikardiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst