Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
| Şəlalə Şahvələdqızı | |
|---|---|
| Şəlalə Şahvələd qızı Quliyeva | |
| Digər adı | Şəlalə Quliyeva |
| Doğum tarixi | |
| Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | aktrisa |
| Təhsili |
|
| Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
| Mükafatları | |
Həyatı
Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.
2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudur.
Mükafatları
2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb.
9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
28 dekabr 2025-ci il tarixində Ən yaxşı qadın rolu ifasına görə Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatına laiq görülmüşdü– “Əqrəb mövsümü. İki dünya bir olsa da”, İTV, ART Film Baku, 45’22”, 2025
Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.
Teatr səhnəsindəki rolları
- Elçin "Ah, Paris… Paris" – Gülbəniz
- B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk
- Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı
- V.Rozov "Şadlıq sorağında" – Fira
- Elçin "Mənim ərim dəlidir" – Qız
- N.Xəzri "Burla Xatun" – Banuçiçək
- Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız
- H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu
- X.Qoca "Hərənin öz payı" – Partiyaçı; Jurnalist
- J.Rasin "Fedra" – İsmena
- B.Vahabzadə "Rəqabət" – Səbinə
- A.Kamyu "Anlaşılmazlıq" – Mariya
- İ.Şıxlı "Ölüləri qəbristanlıqda bastırın" – Qəndab
- A.Şaiq "Eloğlu" – Telli
- Ə.Əmirli "Mesenat"- Sürəyya
- Xanim "Tülkü-tülkü-tünbəki"-İlan
- Elçin "Teleskop"-Xanım
- M.F.Axundov "Sərqüzəşti-vəziri-xani Lənkaran"-Şölə
- Sagarelli "Xanuma"-Tekle
- V.Hüqo "Qadının məhəbbəti"-Qız
- Elçin "Şekspir"-Ər-arvad
- M.Friş "Don Juan"-Selestina
- C.Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar
- R.Kuni "Zorən şorqöz"-Pomella
- B.Nuşiç "Nazirin xanımı" — Dara
- Yev.Şvarts "Kölgə"- Yuliya Juli
- E.E. Şmitt" Müsyö İbrahim və Quran çiçəyi"-Bricit Bardo
- N.Qoqol "Müfəttiş"- Anna Andreyevna
- Y.Polyakov"Sinif yoldaşları" — Anna Falikova
- A.Tolstoy "Buratino" - Tülkü Alisa
- C. Zeynallı " Şükrüyyə" - Qadın müstəntiq
- Anar "Dantenin yubileyi" - Səfurə
Filmoqrafiya
- Dəvətnamə (film, 2003)
- Yanmış körpülər (film, 2007)
- Akademik Yusif Məmmədəliyev (film, 2005)
- Bir dəfə Qafqazda (film, 2007)
- Kuklalar (film, 2009)
- Qayınana (serial, 2011) — Pərvin
- Şəbəkə (film, 2011)
- Qardaşdan yaxşısı yox idi (film, 2010) — Lətifə
- Üç qız (film, 2005) — muzey bələdçisi
- Sənə inanıram (serial) — Gülgəz
- Səni ürəyim sevdi (serial) — Lalə
- İstəməsən, götürməzsən (Mozalan N 197)
- "Vicdan haqqı" (teleserial, 2016, 48-ci bölüm) - Zina
- Qış nağılı
- Qarabağ. İkinci film. " Canım mənim " - Salatın Əsgərova
- "Əqrəb mövsümü-2" - Şahnaz
- " Tilov" (serial, 2025) - Gülnar
- " Borc" (bədii film, 2024) - Xumar xala
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəlalə şahvələdqızı sözünün mənası, şəlalə şahvələdqızı haqqında məlumat. şəlalə şahvələdqızı nədir? şəlalə şahvələdqızı nə deməkdir?