Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

SAT (ing. Scholastic Assessment Test) – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlaşdırılmış test. Test əvvəllər Sxolastik Qa

SAT

  • Ana Səhifə
  • Vikipediya
  • SAT

SAT (ing. Scholastic Assessment Test) – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlaşdırılmış test. Test əvvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük populyarlıq qazanmışdı. 2005-ci ildə bu test "SAT Məntiq Testi" adlandırıldı.

SAT
Mənşə ABŞ ABŞ
Tip Kağız üzərində standart bir test
Sahibi College Board, Educational Testing Service
Bölmələr Yazı, tənqidi oxu, riyaziyyat
Məqsəd Universitet və ya kolleclərin bakalavr proqramlarına qəbul
İlk ili 1926
Müddəti 3 saat (inşa olmadan), 3 saat 50 dəqiqə (inşa ilə)
Bal şkalası 400–1600
Etibarlılıq müddəti 3 il
Təkliflər İldə 7 dəfə
Məhdudiyyətlər Rəsmi məhdudiyyət yoxdur. Orta məktəb tələbələri üçün nəzərdə tutulub. Sərrast ingilis dili bacarığı tələb edilir.
Bölgə Ümumdünya Bütün dünya
Test dili İngiliscə
İştirakçıların sayı ▲ 2.22 milyon
Qiyməti 52.50$–101.50$ (ölkədən ölkəyə fərqlilik göstərir)

Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir.

Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur. SAT-nin nəticələri orta məktəb qeydiyyatını tamamlamaqla qazanılır və tələbə qəbulu üzrə məsul şəxslərə kurs işi, dərəcələr, sinfi səviyyələr kimi məlumatları təmin etməkdə kömək edir.

2005-ci ilin martında SAT-da dəyişiklər edilmişdi. Tarixən, SAT sahilboyu zonalardakı kolleclərdə, Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş ACT testi isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı.

2015–16-cı tədris ilindən başlayaraq Kollec Şurası pulsuz SAT hazırlığını təmin etmək üçün Khan Academy ilə işləməyə başladı. 2022-ci ilin yanvar ayında Kollec Şurası testin rəqəmsal olacağını açıqladı. Bu dəyişiklik artıq 2023-cü ilin martında beynəlxalq imtahan verənlər üçün baş verib və ABŞ imtahan verənlər üçün 2024-cü ilin martında başlayacaq.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sat sözünün mənası, sat haqqında məlumat. sat nədir? sat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müxtəlifdişlikimilər

  • Mart 04, 2026

    Yaddaşın dəyişməzliyi

  • Fevral 27, 2026

    Stefan Brankoviç

  • Fevral 10, 2026

    Ərəb qrafikalı Azərbaycan əlifbası

  • Mart 01, 2026

    Tehran şəhəri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst