Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017).

Nüşabə Araslı

  • Ana Səhifə
  • Vikipediya
  • Nüşabə Araslı

Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017).

Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı
Doğum tarixi 25 mart 1941(1941-03-25) (84 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ →
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Həmid Araslı
Elm sahəsi filologiya
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
İş yeri
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu "Şöhrət" ordeni

Mündəricat

Həyatı

Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.

Fəaliyyəti

Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib.

Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir. O, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa sənətkarların ədəbi irsinin tədqiqi, nəşri, tədrisi işinin mahir ustadıdır.

O, həmçinin Nizami əsərlərinin poetikasını ilk dəfə olaraq külliyyat halında tədqiqata cəlb etmiş, bununla da Azərbaycan və Şərq poetika nəzəriyyəsi tarixinə öz əvəzsiz töhfəsini vermişdir.

Nüşabə Araslı 1994-cü ildən ümumtəhsil məktəblərinin VII sinfi üçün "Ədəbiyyat" dərsliyinin müəllifi, 2004-cü ildən VIII sinif üçün "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.

Nüşabə xanım bir çox xarici ölkələrdə klassik Şərq şeirinin təcrübəli tədqiqatçısı kimi tanınır. 15-ə yaxın məqaləsi xarici elmi nəşrlərdə çap olunmuşdur, klassik Şərq poeziyasının müxtəlif elmi-nəzəri məsələlərinə həsr olunmuş müxtəlif Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Respublikamızda və ondan kənarda (Özbəkistanda, Türkiyədə, İranda) klassik ədəbiyyata dair yazılan elmi kitablarda onun monoqrafiya və məqalələrinə istinadlar edilir.

Nüşabə Araslı 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Alim 2010-cu ildə professor elmi adını almışdır. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilmişdir.

Nüşabə xanım Araslı 2014-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinə rəhbərlik edir.

Nüşabə Araslı 3 monoqrafiya, 23 kitab (5 tərtib, 18 dərslik), 150-dan çox elmi məqalənin müəllifidir.

Əsas elmi əsərləri

  • Arif Ərdəbili və onun "Fərhatnamə" poeması. Bakı, 1979
  • Nizami və türk ədəbiyyatı. Bakı, 1980
  • Nizaminin poetikası. Bakı, 2002

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nüşabə araslı sözünün mənası, nüşabə araslı haqqında məlumat. nüşabə araslı nədir? nüşabə araslı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Santo-Dominqo

  • Fevral 28, 2026

    Glycyrrhiza foetida

  • Mart 01, 2026

    Eduardo Kamavinqa

  • Fevral 27, 2026

    Batum vilayəti

  • Fevral 27, 2026

    Atlant (mifologiya)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst