Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rüfət Əhmədzadə (25 mart 1933, Bakı – 15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, jurnalist.

Rüfət Əhmədzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə (25 mart 1933, Bakı – 15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, jurnalist.

Rüfət Əhmədzadə
Doğum tarixi 25 mart 1933
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 dekabr 1988 (55 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Mirvari Əhmədzadə
Uşaqları Zülfüqar Rüfətoğlu, Vüqar Əhmədzadə,Rəşad Əhmədzadə
Atası Zülfüqar Əhmədzadə
Təhsili ali (ADU)
İxtisası jurnalist
Fəaliyyəti yazıçı, şair, jurnalist
Fəaliyyət illəri 1950–1988

Mündəricat

Həyatı

Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyəti də erkən yaşlarında Balakəndə başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb.

Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerləri ilə çıxış edib.

"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.

Emin Sabitoğlunun bəstələdiyi "Sıravi Əhməd", Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Necəsən?" kimi mahnıların sözlərinin müəllifidir.

  • Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.
  • A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır.

Kitabları

  • "Məhəbbətlə gülüşlə" "Sizin ilə, gülə-gülə", Bakı, "Elgün", 2012. 224 səh., 500 nüsxə.

Filmoqrafiya

  1. Sonuncu məhəbbət (film, 1985)
  2. Gülüş sanatoriyası (film, 1989)
  3. Şirbalanın məhəbbəti (film, 1991)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rüfət əhmədzadə sözünün mənası, rüfət əhmədzadə haqqında məlumat. rüfət əhmədzadə nədir? rüfət əhmədzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Lerik

  • Fevral 27, 2026

    Uranium

  • Fevral 27, 2026

    Kappadokiya

  • Fevral 27, 2026

    Əqrəb (bürc)

  • Fevral 27, 2026

    Şirin

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst