Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, OD

KTMT

  • Ana Səhifə
  • Vikipediya
  • KTMT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
KTMT
Организация Договора о коллективной безопасности
Арганізацыя Дамовы аб калектыўнай бяспецы
Ұжымдық қауіпсіздік туралы шарт ұйымы
Жамааттык коопсуздук жөнүндө келишим уюму
Созмони Аҳдномаи амнияти дастаҷамъӣ
집단안보조약기구
Loqonun şəkli
Növü Hərbi ittifaq
Yaranma tarixi 15 may 1992
Rəsmi dili Rus dili
Mərkəzi Moskva, Rusiya
Sədr Qazaxıstan İmanğali Tasmağambetov
Üzvləri Ermənistan Ermənistan
Belarus Belarus
Qazaxıstan Qazaxıstan
Qırğızıstan Qırğızıstan
Rusiya Rusiya
Tacikistan Tacikistan
odkb-csto.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmişdir.

KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. "Rubej 2008" adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak etmişdir. Bu cür təlimlər zamanı üzv ölkələr arasında kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə operativ, taktiki və strateji məşqlər təşkil olunur. Belə təlimlərdən ən genişmiqyaslısı isə 2011-ci ildə Mərkəzi Asiya və Cənubi Rusiyada təşkil olunmuşdur. Bu zaman ümumilikdə 10.000 nəfər hərbçi və 70 döyüş aviasiyası təlimlərə cəlb olunmuşdur. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.

KTMT-də "rotasiya qaydasında sədrlik" sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir.

Həmçinin bax

  • Müstəqil Dövlətlər Birliyi
  • Avrasiya İqtisadi Birliyi
  • GUAM

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ktmt sözünün mənası, ktmt haqqında məlumat. ktmt nədir? ktmt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kassiopeya (bürc)

  • Fevral 27, 2026

    Basilevs

  • Fevral 27, 2026

    Riçard Dokinz

  • Fevral 27, 2026

    Etimologiya

  • Fevral 27, 2026

    Qızyurdu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst