Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amritsar 19-cu əsrdə Rancit Sinqh dövlətinin tərkibinə daxil idi. 1849-cu ildə 2-ci ingilis–siqh müharibəsi zamanı Amritsar İngiltərənin Ost-Hind şirkəti tərəfi

Amritsar

  • Ana Səhifə
  • Vikipediya
  • Amritsar

Amritsar – Hindistanın şimal-qərbində, Hindistanın Pəncab ştatında ən böyük şəhər

Amritsar
ਅੰਮ੍ਰਿਤਸਰ
अमृतसर
31°37′36″ şm. e. 74°52′37″ ş. u.HGYO
Ölkə
  •  Hindistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1574
Sahəsi
  • 170 km²
Mərkəzin hündürlüyü 234 m
Saat qurşağı
  • UTC+05:30
Əhalisi
Əhalisi
  • 1.132.383 nəf. (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 183
Poçt indeksi 143001
Nəqliyyat kodu PB02
Digər
amritsarcorp.com
Xəritəni göstər/gizlə
Amritsar xəritədə
Amritsar
Amritsar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Amritsar 19-cu əsrdə Rancit Sinqh dövlətinin tərkibinə daxil idi. 1849-cu ildə 2-ci ingilis–siqh müharibəsi zamanı Amritsar İngiltərənin Ost-Hind şirkəti tərəfindən işğal olunmuş, Milli azadlıq mübarizəsinin (1918–22) genişləndiyi dövrdə onun mərkəzlərindən birinə çevrilmişdir. 1919-cu il aprelin 13-də Amritsarın Calianval-Baqh meydanında müstəmləkəçilər əleyhinə keçirilən mitinqin iştirakçıları gülləbaran edilmişdir. 1947-ci ildə Hindistanın bölüşdürülməsi vaxtı Amritsar induist, müsəlman və siqhlərin arasında baş verən toqquşmalar zamanı böyük dağıntılara məruz qalmışdır. Amritsar və "Qızıl məbəd" İndira Qandi hökumətinin siqh ekstremistlərinə qarşı keçirdiyi "Mavi ulduz" əməliyyatı zamanı (1984) da zərər çəkmişdir. Şəhər 1577-ci ildə siqhlərin dördüncü dini başçısı (quru) Ram Das tərəfindən müqəddəs Ölümsüzlük (sanskrit dilində – amrita saras) gölü ətrafında salınmışdır. Amritsar siqhlərin başlıca dini və mədəniyyət mərkəzi hesab olunur. Burada onların baş ibadətgahları "Qızıl məbəd" (Xarimandir) yerləşir.

Ümumi məlumat

Amritsarda nəqliyyat qovşağı, mühüm sənaye və ticarət mərkəzi, toxuculuq, maşınqayırma, kimya sənayesi müəssisələri var. Polad prokat, şəkər, yun, ipək və pambıq parça, xalça istehsal olunur. Sümük, metal və göndən məmulat hazırlanır.

Həmçinin bax

  • Pəncab ştatı
  • Hindistan tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amritsar haqqında məlumat. Amritsar nədir? Amritsar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ölçü vahidi

  • Fevral 24, 2026

    Lava brekçiyaları

  • Fevral 24, 2026

    Sinfi mübarizə

  • Fevral 23, 2026

    Dirijor

  • Fevral 23, 2026

    31 mart

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst