Avropol (ing. Europol) və ya rəsmi olaraq Avropa İttifaqı Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi — Avropa İttifaqının polis xidməti. Mərkəzi Niderlandın Haaqa şəhərində yerləşir. Xidmətin əsas vəzifələrinə beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə milli orqanların fəaliyyətini əlaqələndirmək və milli polis xidmətləri arasında informasiya mübadiləsini təkmilləşdirmək daxildir. Avropolun fəaliyyət istiqamətləri arasında terrorizmə, qanunsuz silah ticarətinə, narkotik alverinə, insan alverinə, uşaq pornoqrafiyasına və çirkli pulların yuyulmasına qarşı mübarizə xüsusi yer tutur.
| Avropol | |
|---|---|
| | |
| |
| Ümumi məlumatlar | |
| Ölkə | |
| Yurisdiksiya | Avropa İttifaqı |
| Yaradılma tarixi | 1 oktyabr 1998 |
| Ştat sayı |
|
| İllik büdcəsi | 218.200.000 € |
| Baş qərargah | |
| Rəsmi saytı | europol.europa.eu |
2020-ci ilin fevral ayından etibarən Avropol Avropa İttifaqının 27 üzv dövlətinin polis xidmətlərinin fəaliyyətini əlaqələndirir. Hazırda Avropolda təxminən 630 əməkdaş çalışır. Onlardan təqribən 120 nəfəri üzv dövlətlərin milli hüquq-mühafizə orqanlarını təmsil edən Avropolun əlaqələndirici zabitləridir.
Tarixi
Avropa İttifaqının vahid polis xidmətinin yaradılması ideyası ilk dəfə 1992-ci il Maastrixt sazişində nəzərdə tutulmuşdur. 3 yanvar 1994-cü ildən etibarən qurum məhdud şəkildə, "Avropol narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bölməsi" adı altında fəaliyyət göstərməyə başlamışdır. 1998-ci ildə Avropa İttifaqının bütün üzv dövlətləri Avropol haqqında Konvensiyanı ratifikasiya etmiş və 1 iyul 1999-cu ildən etibarən qurum tamhüquqlu fəaliyyətə başlamışdır.
Avropolun ilk direktoru Almaniya hüquqşünası Yurgen Ştorbek olmuşdur. 2005-ci ilin fevralından etibarən bu vəzifəni Maks-Peter Ratsel, 6 aprel 2009-cu ildən isə Rob Veynrayt icra etmişdir. 1 may 2018-ci il tarixində direktor vəzifəsinə Katrin de Boll təyin edilmişdir.
1 yanvar 2010-cu il tarixindən Avropol Avropa İttifaqının agentliyinə çevrilmiş, bu isə onun səlahiyyətlərini genişləndirməklə yanaşı, Avropa Parlamentinin daha ciddi nəzarətinə tabe etmişdir.
1 iyul 2011-ci il tarixində Avropol yeni mənzil-qərargahına — Haaqadakı binasına köçmüşdür. Açılış mərasimində Niderland kraliçası, Avropa İttifaqına üzv ölkələrin polis rəhbərləri və Avropolla əməkdaşlıq sazişi imzalamış dövlətlərin nümayəndələri iştirak etmişlər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avropol haqqında məlumat. Avropol nədir? Avropol nə deməkdir?
