Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir.

Antarktika iqlimi

  • Ana Səhifə
  • Vikipediya
  • Antarktika iqlimi

Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir.

Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. "Vostok" stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi.

Mündəricat

Daxili plato iqlimi

Daxili rayonlarda yerləşən "Amundsen-Skott" və "Vostok" stansiyalarınada daim meteoloji müşahidələr aparılır. "Dome Fuci" stansiyasında yer səhtində ən soyuq temperatur qeydə alınmışdır (−91,2 °C). Burada qış ayları orta temperatur −60 ; −70 °C, yayda isə −25° ; −45 °C olur.

Bu hissədə ən isti temperatur "Vostok" stansiyasında 16 dekabr 1957-ci ildə -13,6 °C olaraq qeydə alınmışdır. "Vostok" stansiyasında apreldən sentyabra qədər temperatur temperatur -80 °C-dən aşağı düşmmür. İllik temperatur isə -70 °C-dən aşağı olur. Burada daim qüçü 3–4 m/san ilan küləklər əsir. Orta illik yağıntının miqdarı isə 30–50 mm arasənda dəyişir. Qərbi Antarktida hava şərqə nisbətən mülayimdir. Yayda temperatur -28 °C, qışda isə 60 °C olur. Yağıntının miqdarı 55 mm olur.

Buzlaq yаmacı iqlimi

Buzlaq yamacı iqlimi əsasən Antarktik yarımadası rayonunda geniş sahəni tutur. Burada yay ayları temperatur +10 °C qədər yüksəlir. Ən isti ayı yanvardır. Yayda orta temperatur 1-2 °C arası, qışda isə -8 °C təşkil edir. Antarktik yarımadasının daxili hissələrində orta temperatur isə -35 °C-dir. Küləyin orta sürəti 12 m/san olur. Bəzi bölgələrdə küləyin güçü 50-60, bəzən isə 90 m/san qədər yüksələ bilir. Sahilə yaxın hissələrdə rütubət 60-80%, vahələrdə isə 20 hətta 5 % təşkil edir. Burada yağıntı əsasən qar halında düşür. Daxili hissələrdə 30–50 mm, materikin aşağı ətəklərində 400–500 mm, şimal-qərbdə isə hətta 700-800, bəzən isə 1000 mm yağıntı düşür.

Sahil iqlimi

Sahilində iqlim soyuqdur. Burada bir qayda olaraq −40, −45 °C-dən aşağı olmur. Burada orta temperatur -10, -12 °C-dir. Atarktik yarımadası zonasında orta temperatur -5 °C qədər artır. Yay ayı olan yanvar ayında temperatur -4 °C olur. Yarımadanın şimal-qərb hissəsində temperatur +2 °C qədər yüksələ bilir. "Mirnı" stansiyasında 1956-cı ildə +8 °C qeydə alınmışdır. Bölgənin ən yüksək temperaturu 1958-ci ildə Triniti yarımadasının sahilində +14 °C olaraq qeydə alınmışdır.

Dəniz antarktika iqlimi

Antarktikanın ən sərt küləkləri burada müşahidə edilir. Burada küləyin güçü 30-40 kkal təşkil edir. Bölgə üzərində Antarktika antisiklonu hakimdir. Yayın ən isti ayları belə temperatur 10 °C keçmir. Qışda isə 0 °C-dən aşağı olur. Cənub hissələrdə bəzən -10 °C olur. Qərb küləklərinin təsiri burada 75 m/san çatır. Burada illik yağıtın miqdarı 300–500 mm, sahil hissələrində isə yağıtı bəzən 1000 mm qədər qalxır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, antarktika iqlimi sözünün mənası, antarktika iqlimi haqqında məlumat. antarktika iqlimi nədir? antarktika iqlimi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Vaxtanq

  • Mart 03, 2026

    Enriko

  • Fevral 28, 2026

    Adıyaman ili

  • Mart 01, 2026

    Nəhəcirçay

  • Fevral 27, 2026

    Qorqan (İran)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst