Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərbi Antarktida və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarım

Qərbi Antarktida

  • Ana Səhifə
  • Vikipediya
  • Qərbi Antarktida

Qərbi Antarktida və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957–1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir.

Qərbi Antarktida sol tərəfdə.
Daim kimsəsiz Qərbi Antarktida

Mündəricat

Yerləşmə

Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.

Qərbi Antarktidanın böyük hissəsi Qərbi Antarktika buz təbəqəsi (waise) olaraq adlandırılan bir buz təbəqəsiylə örtülüdür. Son illərdə kütləsində azalma əlamətləri görsənir. Şərqi Antarktidanın əksinə, Qərbi Antarktida qlobal istiləşmənin bəzi təsirləri özünü göstərmişdir.

Merilandiya Antarktida Tundrası

Antarktidanın bəzi hissələri buzla örtülü deyil. Bunlar Antarktida vahaları olaraq adlandırılmaqdadır. Qərbi Antarktidada da Antarktida yarımadasının sahilində Merilandiya Antarktida Tundrası olaraq bilinən belə bir bioloji müxtəliflik sahəsi var. Bu sahə Antarktidadakı ən isti iqlimə malikdir və yay aylarında havanın hələ çox soyuq və böyümə mövsümünün çox qısa olmasına baxmayaraq şibyə və yosunlarla örtülü qarsız qayalardan ibarətdir.

Həmçinin baxın

  • Şərqi Antarktida

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərbi Antarktida haqqında məlumat. Qərbi Antarktida nədir? Qərbi Antarktida nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qoşma (qrammatika)

  • Fevral 27, 2026

    Balkanabad

  • Fevral 27, 2026

    Xəlil İbrahim

  • Fevral 25, 2026

    Uppsala

  • Fevral 23, 2026

    Teleqraf

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst