Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aysultan Rahat oğlu Nazarbayev (qaz. Aisūltan Rahatūly Nazarbaev; 26 avqust 1990 – 16 avqust 2020, London) — qazaxıstanlı futbolçu, iş adamı, Qazaxıstanın keçmi

Aysultan Nazarbayev

  • Ana Səhifə
  • Vikipediya
  • Aysultan Nazarbayev

Aysultan Rahat oğlu Nazarbayev (qaz. Aisūltan Rahatūly Nazarbaev; 26 avqust 1990 – 16 avqust 2020, London) — qazaxıstanlı futbolçu, iş adamı, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi və Dəriğə Nazarbayevanın oğlu.

Aysultan Nazarbayev
qaz. Aisūltan Nazarbaev
Doğum tarixi 26 avqust 1990(1990-08-26)
Vəfat tarixi 16 avqust 2020(2020-08-16) (29 yaşında)
Vəfat yeri
  • London, Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Atası Rahat Əliyev
Anası Dariqa Nazarbayeva
Fəaliyyəti futbolçu, iş adamı

Bioqrafiya

Atası Qazaxıstan siyasətçisi, iş adamı və diplomat Rahat Əliyev (1962-2015), anası isə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dərigə Nazarbayevadır. Orta Yüzün Konırat qəbiləsinin jamanbay nəslindən gəlir.

"Beynəlxalq Davamlı Təhsil Kolleci" (Astana) və "Amerikan Beynəlxalq Məktəbi"-ndə (Salzburg, Avstriya) təhsil almışdır. Sandxreste İngilis Kral Hərbi Akademiyasının məzunudur (2009-2010). Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universitetini Biznes İdarəetmə (Alma-Ata) dərəcəsi ilə bitirmişdir.

Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində xidmət etmişdir (2012-2013).

Atasının Avstriyadakı səfiri olduğu dövrdə Admira Vakker Mödlinq FK-da futbol oynamağa başlayır. 2006-cı ildə Qazaxıstanın birinci liqasında paytaxt "Raxat" klubunda iki oyununu keçirmiş, 2007-ci ildə Alma-Atanın "Jeleznodorojnik" FK-nun üzvü olmuşdur. 2006-cı il Avropa Gənclər Futbol Çempionatının seçmə turnirində iştirak edir.

İki-üç ay Çelsi akademiyasında təhsil alır. Bir mövsüm Portsmutun gənclər komandasında oynayır və İngiltərə çempionatının bürünc mükafatçısı olur. 2011-ci ildə Astana FK-da oynayır. 21 oktyabr 2012-ci ildə Qazaxıstan çempionatında yeganə oyunu keçirir - "Sunkar" klubunun ev oyununda "Aktobe" ilə ikinci hissənin ortalarında meydana çıxır.

2017-ci ilin fevral-oktyabr aylarında FIFA, UEFA və milli assosiasiyalarla əlaqələr üzrə Qazaxıstan Futbol İttifaqının sədr müavini işləyir.

Döyüşə bərabər əməliyyatlarda iştirakına görə Britaniya mükafatına layiq görülür.

Kokainə aludə olduğu üçün narkotik aludəçiləri üçün bir klinikada müalicə alır.

2019-cu ilin oktyabrında Londonda bir polis məmuruna edilən hücum səbəbindən şərti cəzaya məhkum edilir. 2019-cu ilin iyununda Nazarbayev başqasının otağında intihara cəhd edir. Hökm şərti cəza, davamlı narkotik asılılığı müalicəsi, ictimai iş və cəriməni əhatə edir.

13 fevral 2020-ci ildə Aysultan Nazarbayev İngiltərədən siyasi sığınacaq istəyir. Keçmiş prezidentin nəvəsi bu qərarı ailəsinin təzyiqi ilə izah edir. O, "Rusiya və Qazaxıstan hökuməti arasında genişmiqyaslı korrupsiya haqqında" məlumatının olmadığı bildirir.

16 avqust 2020-ci ildə Aysultan Nazarbayev Londonda ürək tutmasından dünyasını dəyişir.

Ailəsi

Həyat yoldaşı - Alima Nazarbayeva (2013-cü ilin avqustundan), Kairat Boranbayevin qızı. Bu evlilikdən onların iki övladı olmuşdur: qızı Amelie (9 iyun 2016-cı il təvəllüdlü) və oğlu Sultan.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aysultan nazarbayev sözünün mənası, aysultan nazarbayev haqqında məlumat. aysultan nazarbayev nədir? aysultan nazarbayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cryptocarya foetida

  • Mart 03, 2026

    Şahin Musaoğlu

  • Fevral 27, 2026

    Tatarlı (Goranboy)

  • Fevral 24, 2026

    Fici

  • Mart 01, 2026

    Tağaverd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst