Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uusimaa (fin Uusimaa; isv. Nyland) — Finlandiya vilayəti. Bu vilayət Cənub-qərbi Finlandiya, Kanta-Hyame, Pyayat-Hyame və Kyumenlaakso vilayətləri ilə sərhəddir

Uusimaa

  • Ana Səhifə
  • Vikipediya
  • Uusimaa

Uusimaa (fin Uusimaa; isv. Nyland) — Finlandiya vilayəti. Bu vilayət Cənub-qərbi Finlandiya, Kanta-Hyame, Pyayat-Hyame və Kyumenlaakso vilayətləri ilə sərhəddir. Mərkəzi Helsinki şəhəridir.

Uusimaa
Uusimaa
Nyland
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
60°15′ şm. e. 24°30′ ş. u.HGYO
Ölkə
  •  Finlandiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 yanvar 1994
Sahəsi
  • 9.568,85 km² (2021)
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
  • UTC+02:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 1.704.607 nəf. (2021)
Digər
uudenmaanliitto.fi
uudenmaanliitto.fi/sv
Xəritəni göstər/gizlə
Uusimaa xəritədə
Uusimaa
Uusimaa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uusimaa əhali sayına görə (1,638,469 nəfər) digər vilayətlər arasında birinci yeri tutur.

Mündəricat

Tarixi

Uusimaa adının etimologiyasının saam dilindəki qu quşu mənasını verən njukča sözü ilə əlaqəli olduğu düşünür. Tarixən bu ərazidə finlər və tavastiyanlar məskunlaşmışdılar. Bəzi yer adlarında tavastiyan kənd adlarının izlərini görmək mümkündür: Konalanın qədim tavastiyan kəndi olan Konhoaladan törəməsi kimi. Estonlar əraziyə daha kiçik qruplar halında, əsasən, balıqçılıqla məşğul olmaq üçün köçmüşdülər.

Uusimaanın İsveç tərəfindən müstəmləkəyə çevrilməsi 13-cü əsrdə Finlandiyaya ikinci səlib yürüyüşünün edilməsindən sonra başlamışdır. Müstəmləkəçilik paqan ərazilərin katolikliyə çevrilməsinin bir hissəsi idi. İlk xristian isveç müstəmləkəçiləri Uusimaanın şərqinə, qərbindən daha tez addım atmışdılar. Müstəmləkəçilik İsveç krallığı tərəfindən dəstəklənirdi və bu əraziyə köçürülünlərə sünbül toxumu və mal-qara yardımı edilirdi. Onlar, həmçinin, kral tərəfindən dörd il müddətinə vergilərdən azad edilmişdilər. Uusimaadakı bütün isveç dilindəki yer adlarının tarixi bu dövrə təsadüf edir.

"Yeni torpaq" mənasını verən Uusimaa və Nyuland adları İsveç müstəmləkəçilik dövründə yaranmışdı. İsveç dilindəki Nyuland adı sənədlərdə 14-cü əsrdən başlayaraq çəkilir. Fin dilindəki Uusimaa adı ilk dəfə 1548-ci ildə Əhdi-Cədidin Mikael Aqrikola tərəfindən fin dilinə edilən tərcüməsində "Wsimaa" olaraq çəkilir.

1809-cu ildə Rus-İsveç müharibəsində Finlandiya əyalətləri Rusiya İmperiyasına verildi. Bundan sonra Uusimaa köhnə len sistemində Uusimaa əyalətinə çevrildi. 1997–2010-cu illər arasında Uusimaa Cənubi Finlandiya vilayətinin bir hissəsi idi. 1994-cü ildə o Uusimaa və Şərqi Uusimaa vilayətlərinə bölündü, ancaq 2011-ci ildə iki region Uusimaa adı ilə birləşdirildi.

28 mart 2020-ci ildə Uusimaa bölgədəki rekord koronavirus yoluxma rəqəmlərinə görə Finlandiyanın geri qalanından təcrid edildi.

Rayonlar

Uusimaa rayon, şəhər və kommunaları
Uusimaa rayon, şəhər və kommunaları

Vilayət 4 rayon və 26 kommunadan ibarətdir. Qalın şriftlə göstərilmiş 13 kommunanın şəhər statusu var.

Helsinki rayonu:

  • Espoo (Esbo)
    • Əhali: 291439
  • Helsinki (Helsinqfors)
    • Əhali: 656229
  • Hyuvinkyaa (Hyuvinge)
    • Əhali: 46572
  • Yarvepyaa (Tryaskyanda)
    • Əhali: 44053
  • Karkkila (Hyoqfors)
    • Əhali: 8708
  • Kauniaynen (Qrankulla)
    • Əhali: 9960
  • Kerava (Kervo)
    • Əhali: 37103
  • Kirkkonummi (Kyurkslyatt)
    • Əhali: 40055
  • Lohya (Loyo)
    • Əhali: 46054
  • Myantsyalya
    • Əhali: 20760
  • Nurmiyaarvi
    • Əhali: 43403
  • Pornaynen (Borqnyas)
    • Əhali: 5058
  • Sipoo (Sibbo)
    • Əhali: 21514
  • Siuntio (Syundeo)
    • Əhali: 6172
  • Tuusula (Tusbyu)
    • Əhali: 38779
  • Vantaa (Vanda)
    • Əhali: 235911
  • Vihti (Viçtis)
    • Əhali: 29222

Razeborq rayonu:

  • Hanko (Hanqö)
    • Əhali: 8182
  • İnqo (İnkoo)
    • Əhali: 5361
  • Razeborq (Raasepori)
    • Əhali: 27580

Loviisa rayonu:

  • Lapinyaarvi (Lapptryask)
    • Əhali: 2633
  • Loviisa (Lovisa)
    • Əhali: 14787

Porvoo rayonu:

  • Askola
    • Əhali: 4941
  • Myruskyulya (Myorskom)
    • Əhali:
  • Porvoo (Borqo)
    • Əhali: 50610
  • Pukkila
    • Əhali: 1851

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uusimaa sözünün mənası, uusimaa haqqında məlumat. uusimaa nədir? uusimaa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elmi dərəcə

  • Mart 02, 2026

    Atəş ramı

  • Mart 01, 2026

    GeV

  • Fevral 24, 2026

    Oktyabr inqilabı

  • Fevral 27, 2026

    E.ə. 714

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst