Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti.
| Tamara Kokova | |
|---|---|
| Tamara Akaşevna Kokova | |
| Doğum tarixi | |
| Doğum yeri | Nalçik, Kabarda-Balkariya, RSFSR |
| Fəaliyyəti | Aktrisa |
| Mükafatları | |
| IMDb | ID0463792 |
Həyatı
Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.
Hazırda həyat yoldaşı vəkil Mark Voznesenski ilə Moskvada yaşayır.
Filmoqrafiya
- Sevimli şərfim (film, 1956)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Fatimə (film, 1958)
- Bir qalanın sirri (film, 1959)
- Uçqun (film, 1959)
- Həmzə (film, 1961)
- Zümrad (film, 1962)
- Öz qəlbindən soruş (film, 1964)
- İyirmialtılar (film, 1966)
- Ağ royal (film, 1966)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Kaniyuta mağarasının sirri (film, 1968)
- Alovlar içində (film, 1968)
- Ataların torpağı (film, 1968)
- Ulduzlar sönmür (film, 1971)
- Üçüncü qızım (film, 1971)
- Simurq (film, 1972)
- Karvan (film, 1973)
- Atıcı (film, 1981)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tamara kokova sözünün mənası, tamara kokova haqqında məlumat. tamara kokova nədir? tamara kokova nə deməkdir?