Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev; 1954, Ağdam – 25 avqust 2017, Bakı) — Azərbaycan tədqiqatçı-jurnalisti, publisist və mətnşünas-alim.
| Müştəba Əliyev | |
|---|---|
| Müştəba İsmayıl oğlu Əliyev | |
| Doğum tarixi | 1954 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 avqust 2017 (62–63 yaşında) |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| İş yerləri |
|
| Təhsili |
|
| Mükafatları | |
Bioqrafiya
Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977–1997-ci illərdə "Azərbaycan məktəbi" jurnalında, "Sovet kəndi" (sonrakı adları "Həyat", "Bərəkət"), ''Ədalət'' qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək "Əlillər" (əvvəlki adı "Vətən uğrunda") qəzetinin baş redaktoru olmuşdur.
2005-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir. Ərəb qrafikalı mətbuatımızın ("Ziya" və "Ziyayi-Qafqaziyyə" qəzetlərinin timsalında) latın qrafikasına transliterasiyası ilə məşğul olub.
Müştəba İsmayıl oğlu Əliyev 25 avqust 2017-ci ildə Bakı şəhərində vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müştəba Əliyev haqqında məlumat. Müştəba Əliyev nədir? Müştəba Əliyev nə deməkdir?