Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsraildə din ölkənin həm mədəniyyətində, həm də əhalinin həyat tərzində mühüm əhəmiyyət kəsb edir. Din İsrail tarixində daim mərkəzi rol oynamışdır. İsrail düny

İsraildə din

  • Ana Səhifə
  • Vikipediya
  • İsraildə din

İsraildə din ölkənin həm mədəniyyətində, həm də əhalinin həyat tərzində mühüm əhəmiyyət kəsb edir. Din İsrail tarixində daim mərkəzi rol oynamışdır. İsrail dünyada əhalisinin əksər hissəsi yəhudi olan yeganə dövlətdir. İsrail Mərkəzi Statistika Bürosunun 2011-ci ildə verdiyi məlumata əsasən əhalinin 75,4%-i yəhudi, 20,6%-i ərəb, 4,1%-i isə digər etnik azlıqlardan ibarət olmuşdur. Dini bölgü baxımından əhalinin 75,4%-i yəhudilərdən, 17,0%-i müsəlmanlardan, 2,1%-i xristianlardan, 1,7%-i druzlardan, qalan 4%-i isə bəhailik və ya digər dinlərə sitayiş edənlərdən ibarət olmuşdur.

Yerusəlim şəhərində yerləşən Ağlama divarı və Məbəd dağı.

İsraildə konstitusiya yoxdur. Ölkədə qanunlar "İsrailin əsas qanunları" ilə müəyyən olunur və bu, ölkədə konstitusiya rolunu oynayır. Həmin qanunlarda ölkə "Yəhudi dövləti" kimi adlandırılmışdır. İsrail qanunları rəsmi olaraq beş dini tanıyır ki, bunların da hər biri İbrahimi dinlər sırasına daxildir. Bu dinlər İudaizm, İslam, Xristianlıq, Druzizm və Bəhailikdir. Bunlardan başqa, qanunlar formal olaraq xristianlığın on başqa sektasını da tanıyır. Ölkədə yəhudilər və digər dini qrupların üzvləri arasında vəziyyət tez-tez gərginləşir.

Mündəricat

İbrahimi dinlər

İudaizm

İsraildə əhalinin əksər hissəsi yəhudilərdən ibarətdir. 2015-ci il hesablamalarına əsasən yəhudilər əhalinin 74,9%-ni təşkil edir.

İslam

Qüds bütün dünyada müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edən şəhərdir. Bu şəhər həm yəhudi məbədlərinin yerləşdiyi əsas şəhər kimi, həm də Səudiyyə Ərəbistanında yerləşən Məkkə və Mədinə şəhərlərindən sonra İslam dinində üçüncü müqəddəs şəhər hesab olunur.

İsraildə yaşayan müsəlmanların əksər hissəsi sünnilərdən ibarət olmasına baxmayaraq, Əhmədiyyə təriqətinin üzvləri də az sayda mövcuddur.

Xristianlıq

İsraildə yaşayan xristianların əksər hissəsi etnik ərəblərdir, qalan hissəsi isə fərqli ölkələrdən buradakı kilsələrdə və monastırlarda işləməyə gəlmiş insanlardır.

Xristian ərəblər ölkədə ən təhsilli qruplardan hesab olunur. Maariv qəzeti xristian ərəbləri "təhsil sektorunda ən böyük irəliləyiş" əldə etmiş qrup adlandırmışdır. Hesablamalara görə xristian ərəblər istər bakalavr, istərsə də elmi dərəcə əldə olunmasına görə nisbətdə İsraildə yəhudilər, druzlar və müsəlmanlara nisbətən daha yüksək nəticələr göstərmişlər.

Druzlar

İsraildə təqribən 102,000 nəfər druz yaşayır. Onların əksəriyyəti Hayfa və Əkka şəhərlərində məskunlaşmışdır. 1957-ci ildən etibarən İsrail hökuməti druzları ayrı etnik icma kimi qəbul etmiş və onlara özlərinə icma rəhbəri seçməyə icazə vermişdir.

Bəhailik

Bəhailiyin inzibati və mənəvi mərkəzi Hayfa şəhəridir. XX əsrin sonlarında İsraildə təqribən 10,000 nəfər bəhai yaşayırdı.

Həmçinin bax

  • İsrail
  • Yəhudilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇sraildə din sözünün mənası, i̇sraildə din haqqında məlumat. i̇sraildə din nədir? i̇sraildə din nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Kanoe

  • Fevral 26, 2026

    Çarmıxa çəkmə

  • Fevral 27, 2026

    Bad Kissingen

  • Mart 01, 2026

    Niger (çay)

  • Mart 02, 2026

    Akademik skeptisizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst