Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi.

Diri

  • Ana Səhifə
  • Vikipediya
  • Diri

Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd.

Diri
39°02′07″ şm. e. 46°45′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Xəritəni göstər/gizlə
Diri xəritədə
Diri
Diri

Mündəricat

Tarixi

Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi.

Kəndin XIII–XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şeyx Cabir Ənsari övladından olan Şeyx Kəmaləddin oğlu Şeyx Siracəddin vəqfinə bağlıdır.

"Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub.

Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir:

Pəri, sənə qurban, Dirili Qurban!
Yolunda fədadı bu baş ilə can,
Bir əlimdə fanus, yanımda Xuban
Öldüm bu bağçanı gəzə-gəzə mən.

XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.

XVIII əsrdə Diri kəndinin ərazisi xali, boş idi.

1727-ci ilə bağlı bir Osmanlı qaynağında Arazbar qəzasında mövcud olan Diri kəndinin adı çəkilir. Qaynaqdakı bilgini olduğu kimi yazımıza köçürürük. Arasbar qəzasına tabe olan Diri kəndi. Kənddə heç kim yaşamır. Dənli bitkilərdən edilən gəlir: 24.000 ağça.

Qarabağ xanlığı dövründə kəndin ərazisi əvvəlcə İbrahimxəlil xan Cavanşirin böyük oğlu, vəliəhdi Məhəmmədhəsən ağanın, xanzadənin vəfatından sonra böyük oğlu, general-mayor Cəfərqulu xanın mülkü idi.

Rus üsul-idarəsi dönəmində, XIX əsrdə, daha dəqiqi 1835-ci ildə Diri kəndinin ərazisinə Çələbiyanlı elinin Xudayarlı obası yerləşmişdi.

Coğrafiyası

Diri kəndi Diridağın yamacında yerləşirdi.

Tanınmışları

  • Dirili Qurbani — XVI əsr Azərbaycan aşığı

Həmçinin bax

  • Xudayarlı
  • Mazan nənə türbəsi
  • Qızqalası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, diri sözünün mənası, diri haqqında məlumat. diri nədir? diri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dop sülaləsi

  • Fevral 27, 2026

    Oleq Babak

  • Fevral 28, 2026

    Bayramkoxalı

  • Fevral 27, 2026

    Simiiformes

  • Mart 02, 2026

    Space Televiziyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst