Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xudayarlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.

Xudayarlı

  • Ana Səhifə
  • Vikipediya
  • Xudayarlı

Xudayarlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.

Xudayarlı
39°09′17″ şm. e. 46°56′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 270 m
Xudayarlı xəritədə
Xudayarlı
Xudayarlı

Mündəricat

Toponimikası

Xudayarlı kənddə yaşayan dörd nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illəri ərzində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin körpüsünün yanına köçmüşdü. Odur ki, kənd bəzən Xudafərin kimi də adlandırılır.

Coğrafiyası

Araz çayının sol sahilində, düzənlikdə salınmışdı. Kənd təqribən dəniz səviyyəsindən 270 m yüksəklikdə yerləşir.

Tarixi

Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan almışdı. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan obada anadan olmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib.

Molla yanında oxumuşdu. Atasından sonra obalarına yüzbaşılıq etmişdi. Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi.

İran şahının vəliəhdi Abbas Mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi.

Abbas Mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı. Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib. Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu. Mustafa (1830-?), Əsədulla (1832-?), Fərəculla (1839-?), Əmənulla (1842-?) adlı oğulları, Hürnisə və Gülnisə adlı qızları vardı. Kəndin aparıcı tayfası onun törəmələri idilər. Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti idi. Teymur Fərhad oğlu I Dünya müharibəsində iştirak etmişdi.

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Qovşudlu kənd cəmiyyətinin (i.ə.rus orf. Ковшутлинское сельское общество) tərkibində Xudayarlı (i.ə.rus orf. Худаярлу — Xudayarlu) kəndi qeyd olunur.

1911-ci ildə nəşr olunmuş 1912-ci il üçün Qafqaz Təqviminə görə, Yelizavetpol quberniyasının Qaryagin qəzasının tərkibində Xudayarlı (i.ə.rus orf. Худаярлу) kəndi qeyd olunur.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına əsasən, Qaryagin qəzasının Sultanlı icmasının tərkibində Xudayarlı kəndi qeyd olunur.

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (Az. X. T. U. İ.) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC-in İnzibati bölünüşü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Qumlaq kənd şurasının tərkibində Dərzili, Kavdar, Məstalıbəyli, Qumlaq, Xudayarlı məskun yerləri qeyd olunur.

1961-ci ildə Xudayarlı kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində idi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli qərarına əsasən, Cəbrayıl rayonu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il tarixində Xudayarlı kəndi Azərbaycan SSR-nin Füzuli rayonunun Şahvəlli kənd Sovetinin tərkibində qeyd olunur.

17 iyun 1964-cü il tarixində Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu. Azərbaycan SSR-nın həm 1968-ci il üçün, həm 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Xudayarlı kəndi Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində göstərilirdi.

Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.

Hal hazırda, Xudayarlı kəndi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsinin tərkibindədir.

Mədəniyyəti

Azərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kəndəndirlər.

Tarixi abidələri

Kənddə anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası (Cəbrayıl) istehkamı, Dirili Qurbaninin məzarı, Mərmər ana türbəsi və başqa tarixi abidələr qərar tuturdu.

Əhalisi

Tayfaları

Xudayarlı, Hacıabasəlilər, Abışlı, Hacıhüseynli…

Əhali statistikası

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Qovşudlu kənd cəmiyyətinin (i.ə.rus orf. Ковшутлинское сельское общество) Xudayarlı (i.ə.rus orf. Худаярлу — Xudayarlu) kəndində 27 tüstü var idi və burada 129 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, onlar inanc baxımdan şiə və kəndli idilər.

1911-ci ildə nəşr olunmuş 1912-ci il üçün Qafqaz Təqviminə görə, Yelizavetpol quberniyasının Qaryagin qəzasının Xudayarlı (i.ə.rus orf. Худаярлу — Xudayarlu) kəndində 157 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına əsasən, Qaryagin qəzasının Sultanlı icmasının Xudayarlı kəndində 144 nəfər əhali, 34 təsərrüfat var idi, əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət idi (mənbədə Azərbaycan türkləri kimi göstərilib).

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (Az. X. T. U. İ.) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC-in İnzibati bölünüşü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Qumlaq kənd şurasına daxil olan Xudayarlı məskun yerində 34 təsərrüfat və 253 nəfər əhali (121 kişi və 132 qadın) var idi. Kənd şurasının (Dərzili, Kavdar, Məstalıbəyli, Qumlaq, Xudayarlı məskun yerləri) əhalisinin 98.9%-i azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi. Kənd şurası üzrə 187 təsərrüfat, 1385 nəfər əhali var idi (684 kişi, 701 qadın).

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

  • Cəbrayıl rayonu
  • Xudayar yüzbaşı Çələbiyanlı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xudayarlı haqqında məlumat. Xudayarlı nədir? Xudayarlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəşid Şəfəq

  • Fevral 28, 2026

    Ağyumaq (İğdır)

  • Fevral 27, 2026

    Gündoğdu bəy

  • Fevral 27, 2026

    Berbank (Kaliforniya)

  • Fevral 23, 2026

    Eukaryota

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst