Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazis

Tomarlı

  • Ana Səhifə
  • Vikipediya
  • Tomarlı

Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.

Kənd
Tomarlı
azərb. Vanaza‎
türk. Tomarlı
40°50′52″ şm. e. 43°24′20″ ş. u.HGYO
Ölkə  Türkiyə
İl [[Qars]]
İlçə [[Arpaçay]]
Muxtar Ferut İlqar
Tarixi və coğrafiyası
Əvvəlki adı Vanaza
Mərkəzin hündürlüyü 1 750 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 721 nəfər (2016)
Milli tərkibi Azərbaycanlılar
Dini tərkibi İslam
Rəsmi dili Türk dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 474
Poçt indeksi 36732
Nəqliyyat kodu 36
Digər
kars.tomarli.koyu.com.tr  (türk.)
Tomarlı xəritədə
Tomarlı
Tomarlı

Mündəricat

Tarixi

Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır.

Coğrafiyası

Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir.

Əhalisi

31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.

İllərə görə əhalinin sayı
1886 1914 1965 1970 1975 1980 1985 1990 2000
383 ▲450 ▲1.415 ▲1.499 ▲1.538 ▲1.700 ▲1.788 ▼1.471 ▼1.220
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015
▼872 ▼860 ▲886 ▼871 ▼836 ▼813 ▼781 ▼756 ▼743
2016
▼721

Etnik tərkibi

1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Vanaza kəndində 383 nəfər əhali yaşayırdı, onlardan 342 nəfərini və ya 89.3 %-ni türklər, 41 nəfərini və ya 10.7 %-ni isə kürdlər təşkil edirdi. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik qarapapaqlardan ibarət hər iki cinsdən toplam 450 nəfər əhali yaşayırdı. Qeyri-rəsmi məlumatlara əsasən hazırda kəndin əhalisi azərbaycanlıların subetnik qrupu olan qarapapaqlardan ibarətdir.

Nəsillər

  • İlqarlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Kosalı kəndindən köçüb bura yerləşmişdirlər.
  • Oruclu — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Aşağı Kəpənəkçi kəndindən köçüb bura yerləşmişdirlər.
  • Gülər — Gürcüstanın Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsinin Faxralı kəndindən köçüb bura yerləşmişdirlər.
  • Qazaxlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Dmanisi bələdiyyəsinin Gəyliyən kəndindən köçüb bura yerləşmişdirlər.
  • Bəkdaşlı — tarixi Naxçıvan qəzasından köçüb burada məskunlaşmışdırlar.
  • Həşimli — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Qaracalar kəndindən köçüb bura yerləşmişdirlər.
  • Qızılqaya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tomarlı sözünün mənası, tomarlı haqqında məlumat. tomarlı nədir? tomarlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Roma imperatoru

  • Fevral 27, 2026

    Cərrahilik

  • Fevral 27, 2026

    Səfillər

  • Fevral 27, 2026

    Pinokyo

  • Fevral 27, 2026

    Hetlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst