Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci

Enes Kanter

  • Ana Səhifə
  • Vikipediya
  • Enes Kanter

Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir.

Enes Kanter
Mövqeyi mərkəz
Boyu 211 sm
Çəkisi 121 kq
Vətəndaşlığı
  •  Türkiyə
Doğum tarixi 20 may 1992(1992-05-20) (33 yaş)
Doğum yeri
  • Sürix, Sürix kantonu, İsveçrə
Oyunçu seçimi Yuta Caz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi.

Kollej

Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.

NBA

2011-ci ildə 3 nömrə ilə NBA Draftına seçildi və Yuta Caz komandasına qəbul edildi. “Çox xoşbəxtəm, çox həyəcanlanıram. Mən Yuta pərəstişkarlarını tanıyıram, onlar dəlidirlər, mən onları sevirəm"dedi. "Pley-offda hər şeyi etməyə çalışacağam".

Türkiyə millisi

2009-cu ildə Kanter milli komanda ilə 18 yaşa qədər yeniyetmələr arasında keçirilən Avropa çempionatında birlikdə bürünc medal qazanaraq orta hesabla 18.6 xal və 16.4 ribaund qazanaraq Ən Dəyərli Oyunçu adını aldı. Türkiyədə keçirilən 2010 Dünya Çempionatında milli komanda üçün oynamaqdan imtina etdi. Atası bunu Kentucky Universitetində dərslərin ilk ayını qaçırmamaq məqsədi ilə etdiyini izah etdi.

2011-ci ildə Avropa Çempionatında Türkiyə millisinin şərəfini qorudu. 8 oyuna ortalama 17,8 dəqiqə meydanda qaldı. 9,6. xal və 3,9 top çaldı.

Siyası təqib

Gənclik illərində Kanter Fətullah Gülənin qurduğu Gülənçilik dini-ideoloji cərəyanı ilə maraqlanır. 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdən sonra atası Mehmet Kanter açıq məktub yazaraq oğlundan imtina etdi, adının dəyişdirilməsini istədi və prezidentdən üzr istədi. Buna cavab olaraq basketbolçu yaxınlarından da imtina etdi. 2018-ci ilin iyun ayında atası 15 il həbs cəzasına məhkum edildi. 20 may 2017-ci ildə Kanterin pasportu Türkiyə hökuməti tərəfindən ləğv edildi, altı gün sonra həbs qərarı verildi, Kanter "terror qruplaşmasının" üzvü elan edildi. 2017-ci ilin sentyabr ayında Kanter özünü vətəndaşlığı olmayan şəxs elan etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, enes kanter sözünün mənası, enes kanter haqqında məlumat. enes kanter nədir? enes kanter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Separatçılıq

  • Mart 01, 2026

    Polineopteralar

  • Mart 01, 2026

    Wired

  • Fevral 27, 2026

    Təkpalatalı parlament

  • Fevral 27, 2026

    Ötükən

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst