Viktor Pavloviç Pavlov (rus. Виктор Павлович Павлов) — Sovet və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1994).
| Viktor Pavlov | |
|---|---|
| rus. Виктор Павлов | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Moskva, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, Rusiya |
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | aktyor |
| Fəaliyyət illəri | 1960—2006 |
| Təhsili |
|
| İstiqamət | teatr və kino |
| Mükafatları | |
| IMDb | ID0667805 |
Həyatı
Viktor Pavlov 6 oktyabr 1940-cı ildə Moskvada anadan olmuşdur. 1956-cı ildə səkkizillik məktəbi bitirdikdən sonra zavodda çilingər işləmişdir. Eyni vaxtda işçi gənclər məktəbində oxumuş və Müəllimlər evi yanında dram dərnəyində rollar oynamışdır. MXAT-ın aktyoru və rejissoru olan Vadim Boqomolov Viktoru Bauman adına Moskva Texniki Universitetinin yerinə teatral sahəyə daxil olmağa razı salır. 1959-cu ildə Viktor Pavlov Şşepkin adına yüksək teatr məktəbində Nikolay Annenkovun kursunun tələbəsi olmuşdur. Pavlov oranı 1963-cü ildə bitirmişdir. O, kursda Mixail Kononov və Oleq Dalla birlikdə oxumuşdu.
O, 1961-ci ildən başlayaraq epizodik rollarda kinoya çəkilirdi. Onun iştirakı ilə çəkilən ilk film Lev Kulicanovun "Ağaclar böyüyəndə" filmi olur. Bundan sonra Pavlov ən çox çəkilən aktyorlardan biri oldu. Onun filmoqrafiyasında 120-dən çox film var.
29 dekabr 1994-cü ildə Rusiyanın xalq artisti adına layiq görülmüşdür.
Viktor Pavloviç Pavlov 24 avqust 2006-cı ildə Moskva şəhərində vəfat etmişdir.
Filmoqrafiya
- "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
- 12 stul (film, 1971)
- Görüş yerini dəyişmək olmaz (film, 1979)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, viktor pavlov sözünün mənası, viktor pavlov haqqında məlumat. viktor pavlov nədir? viktor pavlov nə deməkdir?
