Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sergey Paracanov (erm. Սարգիս Հովսեփի Փարաջանյան; 9 yanvar 1924[…], Tiflis – 20 iyul 1990[…] və ya 21 iyul 1990, İrəvan) — sovet kinorejissoru və ssenari müəlli

Sergey Paracanov

  • Ana Səhifə
  • Vikipediya
  • Sergey Paracanov

Sergey Paracanov (erm. Սարգիս Հովսեփի Փարաջանյան; 9 yanvar 1924[…], Tiflis – 20 iyul 1990[…] və ya 21 iyul 1990, İrəvan) — sovet kinorejissoru və ssenari müəllifi. Ukrayna (1990) və Ermənistan SSR xalq artisti (1990). Mar del Plata Film Festival, Istanbul Beynəlxalq Film Festivalı, Nika Awards, Rotterdam Beynəlxalq Film Festivalı, Sitges — Katalan Beynəlxalq Film Festivalı, Sao Paulo Beynəlxalq Film Festivalı kimi festivallarda dəfələrlə mükafatlar qazanıb.

Sergey Paracanov
erm. Սարգիս Հովսեփի Փարաջանյան
rus. Сергей Иосифович Параджанов
Doğum adı Սերգեյ Փարաջանով
Սարգիս Հովսեփի Փարաջանյան
Digər adı Sarkis Hovsepi Paracaniants
Doğum tarixi 9 yanvar 1924(1924-01-09)[…]
Doğum yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan Sovet Sosialist Respublikası[d], ZSFSR, SSRİ
Vəfat tarixi 20 iyul 1990(1990-07-20)[…] (66 yaşında) və ya 21 iyul 1990(1990-07-21) (66 yaşında)
Vəfat yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Komitas adına panteon[d]
Fəaliyyəti kinorejissor, ssenarist, rəssam, montajçı[d], film ssenaristi[d], vizual incəsənət rəssamı, kinematoqraf[d]
Fəaliyyət illəri 1951–1990
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları +
IMDb ID0660886
parajanov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

9 yanvar 1924-cü ildə Tbilisidə İosif Paracanov və Siranuş Becanovanın ailəsində doğulub. Orta təhsili 1932–1942-ci illərdə 42 saylı Tbilisi orta məktəbində alıb. 1945-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olaraq rejissorluq üzrə təhsil almağa başlayıb. 1950-ci ildə ilk həyat yoldaşı Nigar Kərimova ilə evlənib. Onun sonrakı il qohumları tərəfindən öldürülməsindən sonra 1956-cı ildə Svetlana Şebartiuk ilə evlənib.

Həbsi

1973-cü ildə Sergey Paracanov homoseksuallığını (və ya biseksuallığını) gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi. Sənətkarın beş illik həbs cəzasına məhkum edilməsinə dünyanın ən nüfuzlu sənət xadimləri etiraz etmişlər. Fransua Trüffo, Jan-Lük Qodar, Federiko Fellini, Lukino Viskonti, Roberto Rossellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və Lui Araqon Brejnevə məktubla müraciət edərək Paracanovun azad edilməsini xahiş etmişdilər və yalnız bundan sonra 30 dekabr 1977-ci ildə Paracanov azadlığa buraxılmışdır.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı
1951 Moldova nağılı Молдавская сказка
1954 Andrieş Андриеш
1958 Dumka Думка
1958 İlk adam Первый парень
1959 Nataliya Ujviy Наталия Ужвий
1960 Qızıl əllər Золотые руки
1961 Ukrayna Rapsodiyası Украинская рапсодия
1962 Daşda gül Цветок на камне
1965 Unudulmuş əcdadların kölgələri Тіні забутих предків
1965 Kiyev Freskoları Киевские фрески
1967 Hakob Hovnatanyan Հակոբ Հովնաթանյան
1968 Komitasın uşaqları Երեխաներ Կոմիտասին
1969 Narın rəngləri Նռան գույնը
1985 Suram qalası əfsanəsi ამბავი სურამის ციხისა
1985 Pirosmani mövzusunda arabesk Арабески на тему Пиросмани
1988 Aşıq Qərib აშიკი ქერიბი
1989–1990 Etiraf Խոստովանանք

Həmçinin bax

  • Sergey Paracanov muzeyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sergey paracanov sözünün mənası, sergey paracanov haqqında məlumat. sergey paracanov nədir? sergey paracanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Zərrin-mələk xanım

  • Fevral 27, 2026

    Bovidae

  • Mart 01, 2026

    Catostomidae

  • Mart 03, 2026

    Əli Sistani

  • Fevral 27, 2026

    Saçlı (roman)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst