Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların

Esseks Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Esseks Universiteti

Esseks Universiteti ― İngiltərənin Esseks şəhərində yerləşən dövlət tədqiqat universiteti.

Esseks Universiteti
University of Essex
Loqonun şəkli
Tip Dövlət universiteti
Tədqiqat universiteti
Şüar ing. Thought the harder, heart the keener
azərb. Düşüncə sərt olduqca, ürək kəskin olar‎
Əsası qoyulub 1965
Ölkə Böyük Britaniya
Şəhər Esseks
Ünvan Vivenho parkı, Kolçester CO4 3SQ
Rənglər          
Sayt essex.ac.uk
51°52′42″ şm. e. 0°56′57″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların təyinatı ilə universitetin əsası qoyuldu. 1965-ci ildə kral imtiyaznaməsi alan ali təhsil müəssisəsi, 1964-cü ildən ilk tələbələrini qəbul etmişdir. Esseks Universiteti 1961–1965-ci illərdə Birləşmiş Krallıqda təsis edilən "Plitə şüşə universitetləri" kateqoriyasına aid edilir.

Esseks Universiteti təlim-tədris keyfiyyətinə görə Birləşmiş Krallıq hökuməti tərəfindən tərtib olunmuş "Tədris Mükəmməlliyi Çərçivəsi"nə görə qızıl kateqoriyada yerləşir. Birləşmiş Krallıq üzrə milli sıralamada ilk 30 ali təhsil müəssisəsi arasında yer alan Esseks Universiteti, qlobal miqyasda isə The Higher Education jurnalının 2022-ci ildə dərc edilmiş sıralamasında ən nüfuzlu 350 universitet sırasındadır.

Universitetin 3 fakültə nəzdnində humanitar, sosial elmlər və elm və səhiyyə sahəsini əhatə edən 21 məktəb və departamentdə təhsil alan 15 minə yaxın tələbəsi vardır. Ümumən Esseks Universitetinin beynəlxalq səviyyədə 16 akademik tərəfdaşlığı mövcuddur. Universitetin əsas kampusu Esseksin hüdudları daxilindəki Kolçester şəhərindəki Vivenho Parkında, digər iki kampusu isə Sausend və Lauton şəhərlərində yerləşir.

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Esseks Universitetinin məzunları sırasında Kosta Rika prezidenti və Nobel Sülh mükafatı lauratı Oskar Sançes, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Xristofor Pisserides, Böyük Britaniya İcmalar palatasının spikeri Con Berkau, İraqın xarici işlər naziri Hoşyar Zəbari, Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel və Yunanıstanın maliyyə naziri Yanis Varufakis də vardır.

Mündəricat

Strukturu

  • İqtisadiyyat departamenti
  • Dövlət idarəetməsi departamenti
  • Tarix departamenti
  • Dil və dilçilik departamenti
  • Ədəbiyyat, kino və teatrşünaslıq departamenti
  • Riyaziyyat elmləri departamenti
  • Psixologiya departamenti
  • Psixososial və psixoanalitik tədqiqatlar departamenti
  • Sosiologiya departamenti
  • Edge Otel Məktəbi
  • Esseks Biznes Məktəbi
  • Esseks "Pathways"
  • Sosial və İqtisadi Tədqiqatlar İnstitutu
  • Biologiya elmləri Məktəbi
  • Kompüter elmləri və elektron mühəndisliyi məktəbi
  • Sağlamlıq və sosial yardım məktəbi
  • Hüquq məktəbi
  • Fəlsəfə və incəsənət tarixi məktəbi
  • İdman, reabilitasiya və bədən tərbiyəsi məktəbi
  • "Şərq 15" aktyorluq məktəbi
  • Böyük Britaniya məlumat arxivi

Həmçinin bax

  • Birləşmiş Krallıq universitetlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, esseks universiteti sözünün mənası, esseks universiteti haqqında məlumat. esseks universiteti nədir? esseks universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Klassik Yunanıstan

  • Mart 01, 2026

    Mohaç döyüşü

  • Fevral 27, 2026

    Cs:Kondjor

  • Mart 01, 2026

    Klinik ölüm

  • Fevral 27, 2026

    Üşnəviyyə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst