Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.

İdeal Nərimanov

  • Ana Səhifə
  • Vikipediya
  • İdeal Nərimanov

İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.

İdeal Nərimanov
İdeal Həmid oğlu Nərimanov
Doğum tarixi 1927
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2006 (78–79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan

Mündəricat

Həyatı

İdeal Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib, 1944 ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951–1952-ci illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur.

İdeal Nərimanov 1952–1955-ci illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958 ildə çapdan çıxmışdır. 1982 ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi.

İdeal Nərimanov Bakıda keçirilən "Beynəlxalq arxeoloji və etnoqrafiq" (2000), "I albanşünaslıq" (2001) konfranslarında məruzə ilə çıxış etmişdir.

İdeal Nərimanov 1966-cı ildən ömrünün sonuna kimi Azərbaycanın qədim dövr arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. Bu müddət ərzində 4 doktorluq dissertasiyası və çoxsaylı namizədlik dissertasiyaları hazırlanmışdır.

İdeal Nərimanov uzun illər respublikamızın ali məktəblərində dərs demişdir.

İdeal Nərimanov 2006-cı ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

İdeal Nərimanov 1953-cü ildə SSRİ EA Arxeologiya İnstitutunun Kuybışev, 1955-ci ildə Şimali Qafqaz, 1953-cü ildə AEA və SSRİ EA birgə arxeoloji ekspedisiyalarında iştirak etmişdir.

1956-cı ildə Qazax arxeoloci ekspedisiyasına başçılıq edən İdeal Nərimanov müxtəlif illərdə Sarıtəpə kompleksi (tunc Əhəməni və antik dövrlər), Babadərviş (ilk tunc dövrü) və s. böyük elmi nəticələr vermiş abidələri aşkar edib öyrənmişdir.

Sarıtəpənin son tunc dövrü təbəqəsində üzə çıxarılan 500 il sonrakı dövrə aid saray kompleksi Azərbaycanda Əhəməni dövrü tarixinin bir çox problemlərinin həllinə kömək edən elmi yenilik vermişdir. Babadərviş yaşayış yerində o, Azərbaycanda ilk dəfə gil nehrələr və metaləritmə kürələrini aşkar edib, yerli əhalinin qədim mədəniyyətə malik olmasını sübut etmişdir.

İdeal Nərimanov 1959-cu ildə Qazax arxeoloji ekspedisiyasına rəhbərlik etməklə yanaşı, SSRİ və AEA birgə kompleks ekspedisiyasına rəis müavini tə’yin edilmişdir. 1960-cı ildə Qarabağ düzənliyində nəhəng ilk tunc dövrü kurqanında aparılan tədqiqatlar uğurla başa çatdırılıb, Azərbaycanda mülki və sosial bərabərsizliyin ilk təşəkkülü və səviyyəsi haqqında təsəvvür əldə etmək mümkün olmuşdur. Kür çayının orta axınında, Gəncə-Qazax düzənliyində aşkar etdiyi (1958), Elmi ədəbiyyata "Şomutəpə mədəniyyəti" adı altında daxil edilmiş erkən əkinçi maldar tayfalara mənsub yaşayış məskənləri Qafqaz və bütövlükdə Ön Asiya arxeologiyasında ən böyük kəşflərdən biridir. Həmin tədqiqatların nəticələri haqqında İdeal Nərimanov Praqada tarixçilərin VII Beynəlxalq konqresində (1966) mə’ruzə ilə çıxış etmişdir.

İdeal Nərimanov 1970-ci ildə Sovet elmi nümayəndə heyəti tərkibində İrana elmi e’zamiyyət zamanı Cənubi Azərbaycanda Urmiyə gölü hövzəsində ingilis və amerikan alimlərinin tədqiqat işləri ilə tanış olmuşdur.

SSRİ EA Arxeologiya İnstitutunun İraqda işləyən arxeoloji ekspedisiyasının aparıcı üzvlərindən biri olub (1973–79), qədim Mesopatamiyanın Hələb və Ubeyd mədəniyyətləri abidələrindən olan yarımtəpə, Tell-Sotto və digər yaşayış məskənlərində tədqiqatlar aparmış, qiymətli elmi nəticələr əldə etmişdir.

F. R. Mahmudovun iştirakı ilə o, 1965-ci ildə Muğanda ilk dəfə eneolit dövrü yaşayış məskənləri aşkar edib, burada 1971-ci ildən Əliköməktəpəsi abidəsində sistemli tədqiqatlar aparmışdır.

Qarabağda çoxsaylı eneolit yaşayış məskənlərinin aşkarı İdeal Nərimanovun adı ilə bağlıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇deal nərimanov sözünün mənası, i̇deal nərimanov haqqında məlumat. i̇deal nərimanov nədir? i̇deal nərimanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Boris Piotrovski

  • Mart 01, 2026

    Lathyrus aureus

  • Fevral 27, 2026

    Kəmaləddin Behzad

  • Fevral 27, 2026

    Cinsi təcavüz

  • Fevral 23, 2026

    Aşşur (tanrı)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst