Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ xardal (lat. Sinapis alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin xardal cinsinə aid bitki növü.

Sinapis alba

  • Ana Səhifə
  • Vikipediya
  • Sinapis alba

Ağ xardal (lat. Sinapis alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin xardal cinsinə aid bitki növü.

Ağ xardal
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Kələmçiçəklilər
Fəsilə:
Kələmkimilər
Cins:
Xardal
Növ:
Ağ xardal
Beynəlxalq elmi adı
  • Sinapis alba L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  23309
NCBI  3728
EOL  583812

Mündəricat

Əhəmiyyəti

Ağ xardal müxtəlif sahələrdə istifadə edilir. Ağ xardalın toxumlarının tərkibində 30–40% yüksək qidalı yarımquruyan (yod ədədi 92–122) yağ, 32% zülal, 0,1–1,1% efir yağı vardır. Ağ xardalın yağı qızılı-sarı rəngdə olmaqla yaxşı saxlanılır. Ağ xardal yağı ərzaq kimi, eyni zamanda marqarin istehsalında, çörəkbişirmə və qənnadı sənayesində istifadə edilir.

Tərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qalır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sahələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra heyvandarlıqda zülallı yem kimi istifadə olunur.

Bir çox rayonlarda ağ xardal yaşıl yem kimi istifadə edilir. Bu məqsədlə o qınları əmələ gələn dövrdə biçilir. Onu həm tək, həm də paxlalı bitkilərlə qarışıq səpirlər. Qısa vegetasiya müddətinə malik olduğu üçün ağ xardal kövşənlik və aralıq bitki kimi də istifadə oluna bilər. 100 kq yaşıl kütləsində 12 yem vahidi və 1,3 kq həzm olunan protein vardır. Rusiyanın şimal rayonlarında ağ xardaldan yaşıl gübrə kimi istifadə olunur. Ağ xardal həm də yaxşı bal verən bitkidir.

Tarixi, yayılması və məhsuldarlığı

Ağ xardalın vətəni Aralıq dənizi ölkələri hesab olunur. Buradan o demək olar ki, Şimal yarım-kürəsinin bütün ölkələrinə ABŞ-yə, Yaponiyaya, Hindistana yayılmışdır. Hindistanda ağ xardal bağ bitkisi kimi becərilir. Ölkənin şimalında onun cavan yarpaqları qış fəslində tərəvəz kimi istifadə olunmaqla sənaye əhəmiyyəti daşımır. Qədim sanskrit dilində ağ xardal "isidici", "cüzam aradan qaldırıcı" kimi tərcümə edilir.

Rusiyada ağ xardalı ilk dəfə XVIII əsrdə Aşağı Volqaboyunda mədəniləşdirməyə başlamışlar. Lakin, o burada çox yayılmamışdır. O, xüsusi çəkisinə görə göy xardaldan az yer tutur. Ağ xardal Rusiyanın Qeyri-qaratorpaq bölgələrində əsasən yem məqsədilə becərilir. Qısa müddət ərzində hektardan 20–30 ton yaşıl kütlə əmələ gətirir ki, o da heyvandarlıqda yem kimi və ya yaşıl gübrə kimi istifadə olunur. Orta toxum məhsuldarlığı 1,2–1,5 t/ha, yaşıl kütlə məhsuldarlığı isə 20 ton/ha — ya yaxındır.

3 növmüxtəlifliyi məlumdur:

  • Sinapis alba subsp. alba
  • Sinapis alba subsp. dissecta
  • Sinapis alba subsp. mairei

Botaniki xarakteristikası

Ağ xardal gövdəsinin hündürlüyü 100–120 sm olan budaqlanan birillik ot bitkisidir. Budaqları bir-birindən kəskin şəkildə aralı və sərtdir. Yarpaqları lələkvari bölünəndir. Aşağıda yerləşən yarpaqları uzun saplaqlı, yuxarıdakılar isə qısa saplaqlıdır. Gövdə və yarpaqları qalxanvari cod tüklərlə örtülmüşdür. Hamaşçiçəkləri çoxsaylı salxım çiçək qrupunda toplanmışdır. Çiçəkləri açıq-sarı və yaxud ağ rəngdədir. Meyvəsi silindr şəklində yoğun, qabarıq, yastıdır.

Bioloji xüsusiyyətləri

Ağ xardal sarpet xardalına nisbətən soyuğa davamlıdır. Toxumları 1–2 °C-də cücərti verməyə başlayır. Cücərtiləri −6 °C-dək uzun müddət qaldıqda tələf olmur. Sarpet xardalına nisbətən quraqlığa az davamlı olub, torpağa az tələbkardır.

Çoxalması və aqrotexnikası

Toxumları vasitəsilə əkilib becərilir. Hər hektar sahəyə 15–18 kq toxum səpilir. Cərgələr arası eninə əkildikdə isə hər hektar sahəyə 10–12 kq toxum lazım gəlir. Aqrotexnikası sarpet xardalı kimidir.

Məhsulun toplanması və saxlanılması

Ağ xardalın qabıqları çatlamadığına görə kombaynla toplayırlar. Toxumları qəhvəyi sarı rəng alan dövrlərdə toplayırlar. Toplanmış toxumları daim havası dəyişilən anbarlara doldurub saxlayırlar. Hər hektar sahədən 1,5 ton toxum əldə edilir.

Tibbi əhəmiyyəti

Ağ xardalın toxumlarının tərkibində sinalbin qlükozidi 16,5–38,5%-ə qədər piyli yağ aşkar edilmişdir. Yağı maye halında olub, tünd sarı rəngli xoş iyə, özünə məxsus acımtıl tama malikdir. Ağ xardaldan hazırlanan preparatlardan Türkiyədə, Venesuelada, Çində, Hindistanda və s. ölkələrdə skleroza, hipertoniya, qara ciyər və öd kisəsi, həzm pozuntularında, köpmə, revmatizm, ekzema və s. xəstəliklərin müalicəsində istifadə edilir.

İstifadə sahələri

Toxumlarından yeyinti məhsullarının uzun müddət xarab olmaması üçün qatqı kimi istifadə edilir. Toxumlarından hazırlanan yağından kulinariyada, yeyinti və kimya-əczaçılıq sənayesində istifadə edilir. Toxumlarından ədviyyə məhsulları hazırlanıb xörəklərin, konserv məhsullarının tərkibinə əlavə edirlər. Ağ xardalın toxumlarının tərkibində xoş iyə malik maddə tapılmadığından, tam kəskin və tünd olduğundan ən çox müalicə məqsədləri üçün istifadə edilir. Ağ xardaldan ən çox Şimali Afrika ölkələri və ABŞ-də istifadə edilir. Bu ölkələrdə onun toxumlarından aşxana ədviyyələri hazırlanır. Bu ədviyyələrdən tərəvəz, göbələk məhsullarından hazırlanan xörəklərin, konserv, ət, balıq və salatların tərkibinə qatılır. Bir sıra ölkələrdə isə ağ xardalın cavan və yaşıl yarpaqlarından müxtəlif salat növlərinin, şorabaların tərkibinə qatılır. Ağ xardal yaxşı nektar və yem bitkisi hesab edilir. Hər hektar ağ xardaldan çiçək açan dövrlərdə 50–90 kq bal əldə olunur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sinapis alba sözünün mənası, sinapis alba haqqında məlumat. sinapis alba nədir? sinapis alba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yengikənd

  • Fevral 27, 2026

    Bar

  • Fevral 24, 2026

    Din tarixi

  • Fevral 27, 2026

    Samuel Beyli

  • Fevral 27, 2026

    Drangiana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst