Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Drangiana, Dranga - Əhəmənilər dövlətinin tarixi bölgəsi, eləcə də inzibati ərazisi. Drangiana Həmun (Zareh) gölləri hövzəsində, İranın daxili axarsız hövzəsind

Drangiana

  • Ana Səhifə
  • Vikipediya
  • Drangiana

Drangiana, Dranga - Əhəmənilər dövlətinin tarixi bölgəsi, eləcə də inzibati ərazisi. Drangiana Həmun (Zareh) gölləri hövzəsində, İranın daxili axarsız hövzəsində və Hilmənd çayının aşağı axarlarında (indiki İran və Əfqanıstanın qonşu vilayətləri) yerləşən qədim tarixi-coğrafi vilayətdir. Bölgənin bir hissəsi Əfqanıstanın cənub-qərb bölgəsinə aiddir.

Əhəmənilər imperiyasının şərqi - Drangiana

Ümumi məlumat

Drangiana əsgəri. I Kserksin məzarı

Drangiananın mərkəzi şəhəri Zranka idi. Qədim İran adı olan Zranka (sonralar Z(a)ranq) e.ə. 1-ci minilliyin birinci yarısına aiddir, Zarangiana (Zapayyıavıj) adı, həmçinin yerli xalqların (Zapayyäıı və ya Lapayydı) adları buradan götürülmüşdür. Ümumən qədim zamanlarda Drangiana ərazisində qədim iran mənşəli xalqlar yaşamışdır. Yunanlar onları saranqianlar və ya drangianlar adlandırırdı. E.ə. VII əsrin ortalarında Drangianada yaranmış siyasi birliklər Madanın təsiri altında olmuşdur. Drangiana Əhəmənilər dövlətinin şərqindəki əsas vilayətlərdən biri idi: Bisütun kitabəsində qeyd olunan Drangiana Herodotun əsərində saxlanılmış Əhəməni vergi dairələri siyahısında Bəlucistanın, Məkranın və indiki İranın cənub-şərq hissəsinin daxil olduğu XIV satraplığa aid edilirdi. Antik müəlliflər (Arrian, Diodor, Strabon və b.) Drangiana ərazisində yaşayan və Əhəməni işğalçılarına ciddi müqavimət göstərən ariasplar (evergetlər) tayfasının adını qeyd edirlər. E.ə. VI əsrdə Drangianada zərdüştilik yayılmışdı. Bəzən Drangiananı qonşu Araxosiyanı idarə edən satrap idarə edirdi.

E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Drangiananın paytaxtını (ellinist müəlliflərdə Proftaziya; adətən indiki Fərəh ş. ilə eyniləşdirilir) tutdu, bundan sonra Drangiana sakinlərinin ellinləşdirilməsi prosesi başladı. Makedoniyalı İsgəndərin ölümündən sonra, e.ə. 323-cü ildə Drangiananı Soloidən (Kipr) olan Stasanor idarə edirdi. Daha sonra isə, e.ə. 321-ci ildə isə bölgəyə digər kiprli Stasandros hakimlik etmiş.

E.ə. III əsrdən Selevkilərin hakimiyyəti altında idi. E.ə 206-205-ci illərdə III Antioks özünün növbəti anabasisi zamanı Drangianada yenidən Seleviklərin hakimiyyəti bərpa etdi. Yunan-Bəlx çarlığı tərkibində Drangiana ərazisində kənd təsərrüfatı sürətlə inkişaf edirdi, şaxələnmiş suvarma sistemi yaradılmışdı. E.ə. II əsrdə Drangiana Parfiya imperiyasının tərkibinə qatılmış. Drangianada köçəri, xüsusilə sak mənşəli tayfaların məskunlaşması ilə (e.ə. 2-1 əsrlər) Drangiananın qədim adı gəlmələrin etnonimini əks etdirən Sakastan (Sicistan, Sistan) adı ilə əvəzləndi. E.ə. I əsrdə Sakastanla qonşu olan ayrıca əyalət, Sasanilər dövründə isə Sakastandakı vilayət də Drangiana adlanırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Drangiana haqqında məlumat. Drangiana nədir? Drangiana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsmayıl Osmanlı

  • Fevral 27, 2026

    Somerset

  • Fevral 17, 2026

    Mixol Martin

  • Fevral 27, 2026

    Aşağı Mollu

  • Fevral 27, 2026

    Qara yumor

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst