Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan repçisi.

Hüseyn Dərya

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Dərya

Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan repçisi.

Hüseyn Dərya
Hüseyn Cahangir oğlu Muradov
Ümumi məlumatlar
Ləqəbi Hüseyn Dərya
Doğum tarixi 29 iyun 1975
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 mart 2014 (38 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi avtomobil qəzası[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti Repçi, aktyor
Fəaliyyət illəri 2000–2014
Janr Hip-hop
Təhsili
  • 4 saylı fars dili təmayüllü internat məktəbi[d]

Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Mündəricat

Həyatı

Erkən illəri

Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. Atası əslən laçınlı, anası kəlbəcərli və Ermənistan azərbaycanlısıdır. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.

Hip hop karyerası 2000-ci ildən başlayıb.

Yaradıcılığı

Ölümü

Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o vəfat edib.

Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə Hüseyn Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıblar. Onun ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Şəxsi həyatı

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, 2-ci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.

İrsi

2014-cü ildə Azərbaycan repçisi DaDo və müğənni Natavan Həbibi Hüseyn Dəryanın xatirəsinə "Yat dostum" mahnısını həsr edib.

Diskoqrafiya

Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Albomun üz qabığı Qeyd
2 Həyat 2002
Trek siyahısı
№BaşlıqMüddət
1."Həyat"4:09
2."Sevmirəm"5:13
3."Dərviş rep" (feat. Vahid Qədim)3:41
4."Xatirə"3:55
5."Rep meyxana" (feat. Vahid Qədim)4:28
6."Soy"4:57
7."Sevən ürəyim" (feat. Elariz Məmmədoğlu)4:27
8."Məhəlləmiz (Kef elə)"4:10
9."İnsan"4:46
10."Rep-Meyxana" (Remix)4:29
Keçdi günlər 2004
Trek siyahısı
№BaşlıqMüddət
1."Oyan bəxtim" (feat. İlhamə Quliyeva)4:25
2."Dost"3:56
3."Çingiz Mustafayev"4:19
4."Rep oxu"4:13
5."Məktub"4:49
6."Ay Can-Ay Can"4:55
7."Sənsən"4:30
8."Kişi kimi"5:00
9."Çal-Çağır"4:06
10."Kim Kimdir?"4:12
11."Bir göz qırpımında"3:54
12."Zəfər nəğməsi"4:23
2 Yol
Trek siyahısı
№BaşlıqMüddət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüseyn dərya sözünün mənası, hüseyn dərya haqqında məlumat. hüseyn dərya nədir? hüseyn dərya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Quba bükməsi

  • Fevral 23, 2026

    17 mart

  • Fevral 25, 2026

    Yakutsk

  • Fevral 27, 2026

    Hülakülər

  • Mart 02, 2026

    Qasım

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst