Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Edmund Felps (ing. Edmund Strother Phelps, Jr.; 26 iyul 1933[…], Evanston[d], İllinoys) — amerikalı iqtisadçı. 2006-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatını q

Edmund Felps

  • Ana Səhifə
  • Vikipediya
  • Edmund Felps

Edmund Felps (ing. Edmund Strother Phelps, Jr.; 26 iyul 1933[…], Evanston[d], İllinoys) — amerikalı iqtisadçı. 2006-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır. 1982-ci ildən bəri Kolumbiya Universitetində professor olan Felps, eyni zamanda Kolumbiyada Kapitalizm və Cəmiyyət Mərkəzinin direktorudur.

Edmund Felps
ing. Edmund Strother Phelps, Jr.
Doğum tarixi 26 iyul 1933 (92 yaş)
Doğum yeri İllinoys, ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
İş yerləri Kolumbiya Universiteti, Pensilvaniya Universiteti, Yel Universiteti, Kovles fondu
Təhsili
  • Yel Universiteti,
  • Pensilvaniya Universiteti
Elmi rəhbərləri Ceyms Tobin
Tanınır Makroiqtisadiyyat və mikroiqtisadiyyatın əsasları, Ödəmə və qiymət gözləntilərinin təsirləri, Təbii işsizlik nisbəti, Qızıl qayda qənaət nisbəti.
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1982),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1967)
Mükafatları Nobel mükafatı 2006 İqtisadiyyat üzrə Nobel mükafatı, 2008 Beynəlxalq İqtisadiyyat mükafatı
edmundphelps.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Edmund Felps İllinoysda doğulub. O, 6 yaşında olarkən ailəsi Felpsin məktəb illərini keçirəcəyi Nyu Yorka köçüb. 1951-ci ildə Ali təhsil almağa Amherst Kollecində başlamışdır. Atasının tövsiyəsi ilə, Amherstdəki ikinci ilində ilk iqtisadiyyat üzrə dərsdə iştirak etmişdi. Ceyms Nelsonun verdiyi dərs, Pol Samuelsonun məşhur kitabına əsaslanırdı. Bu dərsdən olduqca təsirlənən Felps, bundan qısa müddət sonra mövcud nəzəriyyənin həll edə bilmədiyi əhəmiyyətli bir problemin, mikroiqtisadiyyat və makroiqtisadiyyat arasındakı mövcud boşluğun fərqinə vardı.

1955-ci ildə fakültədən məzun olduqdan sonra, magistr təhsil üçün Yel Universitetinə keçmişdir. Buradakı professorlar, İqtisadiyyat üzrə Nobel mükafatı sahibləri Ceyms Tobin və Tomas Şellinq iqtisadiyyatın qabaqcıl alimləri idi. Felps eyni zamanda Uilyam Fellner və Henri Ualliçdən də təsirlənmişdir. Edmund Felps 1959-cu ildə Yel Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir.

Əsərləri

  • Phelps, Edmund S. (1961). "The Golden Rule of Capital Accumulation". American Economic Review 51: 638–643.
  • Phelps, Edmund S. (1966). Golden Rules of Economic Growth: Studies of Efficient and Optimal Investment. W. W. Norton, New York. ISBN 0-393-09708-0.
  • Phelps, Edmund S. (1966). "Models of Technical Progress and the Golden Rule of Research". Review of Economic Studies 33: 133–146.
  • Phelps, Edmund S. (1968). "Money-Wage Dynamics and Labor Market Equilibrium". Journal of Political Economy 76: 678–711.
  • Phelps, Edmund S. et al. (1970). Microeconomic Foundations of Employment and Inflation Theory. W. W. Norton, New York. ISBN 0-393-09326-3.
  • Phelps, Edmund S. (1972). Inflation Policy and Unemployment Theory. W. W. Norton, New York. ISBN 0-393-09395-6.
  • Phelps, Edmund S. (1972). "The Statistical Theory of Racism and Sexism". American Economic Review 62: 659–661.
  • Phelps, Edmund S. and John B. Taylor (1977). "Stabilizing Powers of Monetary Policy under Rational Expectations". Journal of Political Economy 85: 163–190.
  • Phelps, Edmund S., Roman Frydman et al. (1983). Individual Forecasting and Aggregate Outcomes: 'Rational Expectations' Examined. Cambridge University Press. ISBN 0-521-25744-1.
  • Phelps, Edmund S. (1994). Structural Slumps: The Modern Equilibrium Theory of Employment, Interest and Assets. Harvard University Press. ISBN 0-674-84373-8.
  • Phelps, Edmund S. (1997). Rewarding Work: How to Restore Participation and Self-Support to Free Enterprise. Harvard University Press. 9780674026940.
  • Phelps, Edmund S. (2003). Designing Inclusion. Cambridge University Press. ISBN 0-521-81695-5.

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, edmund felps sözünün mənası, edmund felps haqqında məlumat. edmund felps nədir? edmund felps nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Balaenopteridae

  • Fevral 27, 2026

    Hərbi Lisey

  • Fevral 24, 2026

    9 iyul

  • Fevral 25, 2026

    Ekvador bayrağı

  • Fevral 27, 2026

    Ərsəncan şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst