Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Geğam Barseqoviç Antelepyan (erm. Գեղամ Բարսեղի Անտելեպյան; 1899, Mərzifon – 10 aprel 1966, Bakı) — sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti

Geğam Antelepyan

  • Ana Səhifə
  • Vikipediya
  • Geğam Antelepyan

Geğam Barseqoviç Antelepyan (erm. Գեղամ Բարսեղի Անտելեպյան; 1899, Mərzifon – 10 aprel 1966, Bakı) — sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti (Nazirlər Soveti) sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1942–1947), "Kommunist" (ermənicə) qəzetinin redaktoru (1931–1934, 1954–1959), II çağırış SSRİ Ali Sovetinin, IV və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı.

Geğam Antelepyan
erm. Գեղամ Բարսեղի Անտելեպյան
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
28 mart 1946 – 1 avqust 1947
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıMusa Əliyev
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
1942 – 28 mart 1946
Əvvəlkiİslam İslamzadə
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1899(1899)
Doğum yeri
  • Mərzifon
Vəfat tarixi 10 aprel 1966(1966-04-10) (66–67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1920–1966)
Təhsili
  • Moskva Şərqşünaslıq İnstitutu (1925–1927),
  • Qırmızı Professorlar İnstitutu

Təltifləri
"Lenin" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı

Həyatı

Geğam Barseqoviç Antelepyan 1899-cu ildə hazırkı Türkiyə Respublikasının Mərzifon şəhərində müəllim ailəsində doğulmuşdur. İbtidai məktəbi bitirdikdən sonra bir neçə il ticarət müəssisələrində çalışmış, 1920-ci ilin yayında əvvəlcə Batuma, sonra isə Tiflisə gəlmişdir. Həmin ilin oktyabrında Tiflisdə gizli bolşevik partiyasının üzvü olmuşdur.

Hazırkı Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ilin yanvar ayında Geğam Antelepyan İrəvana gəlmiş, bundan bir müddət sonra isə ailəsi də ora köçmüşdür. Geğam Antelepyan burada Ermənistan SSR Xalq Xarici İşlər Komissarlığında, sonra isə Ermənistan SSR Xalq Komissarları Sovetində məlumat şöbəsinin müdiri işləmişdir. 1923–1925-ci illərdə Teleqraf Agentliyinə (hazırkı "Armenpress") rəhbərlik etmişdir.

1925-ci ildə Geğam Antelepyan Moskvaya gedərək buradakı Şərqşünaslıq İnstitutunda təhsil almış, 1927-ci buranı bitirərək Azərbaycana gəlmişdir. O, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsində çalışmağa başlamış, Mərkəzi Komitənin Mətbuat şöbəsinin təlimatçısı, ardınca Azərbaycanda Sinfi Mübarizənin və Kommunist Partiyasının Tarixini Öyrənən İnstitutda şöbə müdiri, 1931-ci ildən 1934-cü ilədək isə "Kommunist" (ermənicə) qəzetinin məsul redaktoru işləmişdir.

Geğam Antelepyan yenidən Moskvaya gedərək Qırmızı Professorlar İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra, 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsi sədrinin müavini, 1942-ci ildə isə sədri təyin edilmişdir. 1947–1948-ci illərdə Azərbaycan KP MK-nın Kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1948–1954-cü illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası sədrinin müavini, 1954-cü ildən isə yenidən "Kommunist" (ermənicə) qəzetinin redaktoru olmuşdur. Həyatının sonlarına yaxın Azərbaycan SSR Nazirlər Sovetində çalışmışdır.

Geğam Antelepyan II çağırış SSRİ Ali Sovetinin, IV və V çağırış Azərbaycan SSR Ali Sovetinin, habelə Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmişdir.

Geğam Antelepyan 10 aprel 1966-cı ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Geğam Antelepyan haqqında məlumat. Geğam Antelepyan nədir? Geğam Antelepyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    95-ci il

  • Fevral 27, 2026

    Elektron sənəd

  • Fevral 27, 2026

    Böyürtkən

  • Mart 01, 2026

    Kas çayı

  • Fevral 23, 2026

    İordaniya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst