Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arbedo döyüşü — Milan hersoqluğu ilə İsveçrə konfederasiyası arasında 30 iyun 1422-ci ildə baş vermiş döyüş.

Arbedo döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Arbedo döyüşü

Arbedo döyüşü — Milan hersoqluğu ilə İsveçrə konfederasiyası arasında 30 iyun 1422-ci ildə baş vermiş döyüş.

Arbedo döyüşü
Tarix 30 iyun 1422

    Zəmin

    1419-cu ildə Uri və Untervalden kantonları Bellinson qalasını Sakko baronlarından satın aldılar, lakin onlar qalanın müdafiəsini təmin edə bilmədilər. Belə olduqda, Milan hersoqluğu kantonlara hərbi cəhətdən möhkəmləndirilmiş şəhəri onlardan satın almağı təklif etdi, lakin kantonlar 1422-ci ildə bu təklifdən imtina etdilər. 1407-1419-cu illər arasında Uri və Untervalden Bellinson şəhərini və mahalını Saks baronlarından satın alana qədər, 1419-cu ilə qədər Bellinson Konfederasiya üçün dost şəhər hesab olunurdu.

    Bundan qısa müddət sonra kondotyer (muzdluların komandiri) Françesko Bussone da Karmanol başda olmaqla Viskonti ailəsinin qoşunları İsveçrə qarnizonunu qovdu və qalanı işğal etdi. Şəhəri geri almaq üçün isveçrəlilər 2500 əsgərdən ibarət böyük bir ordu topladılar və Sen-Qotarddan keçərək Bellinsona getdilər, lakin burada uğursuz hücumdan sonra şəhərin şimalında düşərgə saldılar.

    Döyüş

    1419-cu il iyunun 30-da Karmanol İsveçrə düşərgəsinə qəfil hücum etdi. İsveçrəlilər tezliklə kvadrat şəklində düzülüb düşmənin bir neçə süvari hücumunu dəf etdilər. Bundan sonra Karmanyol öz süvarilərinə sürətlə İsveçrə meydanına əsas hücuma keçməyi əmr etdi. Milanlıların sayca üstünlüyü (16.000 əsgər, o cümlədən 5 min nəfər atlı) düşməni geri çəkilməyə vadar etdi. Bundan əlavə, Milanlıların süvari nizələri İsveçrə alebardalarından daha uzun idi, buna görə də Karmanolun əsgərləri döyüşdə açıq üstünlüyə malik idilər. İsveçrəlilər Arbedo kəndinə doğru dik bir yamacla geri çəkilməyə məcbur oldular.

    Əvvəlcə vəziyyət isveçrəlilər üçün tamamilə ümidsiz görünürdü, lakin Karmanolun əsir götürməmək əmri ilə döyüşün şiddəti daha da gücləndi. Son cəhddə isveçrəlilər mühasirəni yarmağa müvəffəq oldular və 500 əsgərini itirərək şimala doğru çəkildilər.

    Döyüşün nəticəsinə əsasən Bellinson şəhərini Milan hersoqluğu özündə saxladı, bundan əlavə, hersoqluq Ossola əyalətini də ələ keçirərək isveçrəliləri əvvəlki bütün uğurlarından məhrum etdi. Konfederasiyanın Laqo Macor gölü bölgəsində hücumu dayandırıldı. Həmçinin, Arbedo döyüşü nəticəsində isveçrəlilər uzun nizələrə qarşı alaberdalardan istifadə olunmasından imtina etdilər.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arbedo döyüşü haqqında məlumat. Arbedo döyüşü nədir? Arbedo döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      Rastr təsvir

    • Fevral 23, 2026

      Er

    • Fevral 24, 2026

      C vitamini

    • Fevral 25, 2026

      Mikrobiologiya

    • Fevral 23, 2026

      Küveyt

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst