Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor.

Heybət Heybətov

  • Ana Səhifə
  • Vikipediya
  • Heybət Heybətov

Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor.

Vladimir Zyuvanov
Heybət Atamoğlan oğlu Heybətov
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1898(1898-09-10)
Doğum yeri
  • Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 oktyabr 1959(1959-10-07) (61 yaşında)
Vəfat yeri
  • Kiyev, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti hərbi lider[d]
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • general-mayor
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Suvorov" ordeni 2-ci dərəcəli "Kutuzov" ordeni 2-ci dərəcəli "Boqdan Xmelnitski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı

Mündəricat

Həyatı

Heybət Heybətovun Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-cı ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir.

1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir. Atıcı diviziyasına taqım (sovet ordusunda "vzvod") komandiri təyin olunan gənc Heybət Heybətov üç il burada, birinci atıcı "Dəmir alayı"nda xidmət edir və hərbi biliyi, bacarığı sayəsində bölük (sovet ordusunda "rota") komandiri vəzifəsinə qədər yüksəlir. 1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya, M.Frunze adına Hərbi Akademiyaya təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır. Birinci atıcı "Dəmir alayı"nda qərargah rəisi, alay hərbi məktəbinin rəisi, Dağ-atıcı diviziyasının komandiri kimi məsul vəzifələrdə çalışır. 1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. II Dünya Müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır. Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir müavini təyin olunur. 1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi Şurasının çağırışı ilə Azərbaycana qayıdır. 223-cü Azərbaycan atıcı diviziyasının komandiri olur.

Mərhum polkovnik Baxış Mehdiyevin arxivində general Heybət Heybətov haqqında zəngin "xəzinə" varmış. Həmin sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun 4-də Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü general-leytenant Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Dmitri Sızranovun general-mayor Heybət Heybətova verdikləri "attestasiya" sənədidir.

İstefaya çıxandan sonra yüksək partiya işində vəzifələr tutmuş, Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 7 oktyabr 1959-cu ildə Kiyevdə vəfat etmişdir. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Xatirəsi

Doğma Maştağa qəsəbəsinin küçələrindən biri generalın adını daşıyır.

Həmçinin bax

  • Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heybət Heybətov haqqında məlumat. Heybət Heybətov nədir? Heybət Heybətov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    11 sentyabr

  • Fevral 25, 2026

    Cəfərilik

  • Fevral 23, 2026

    Bina

  • Fevral 24, 2026

    Yukatan Respublikası

  • Fevral 25, 2026

    22 aprel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst