Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) —azərbaycanlı ictimai-siyasi xadim və tarixçi. Müsavat Partiyasının sabiq başqan müavini, III Respublika Platformas

Yadigar Sadıqlı

  • Ana Səhifə
  • Vikipediya
  • Yadigar Sadıqlı

Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) —azərbaycanlı ictimai-siyasi xadim və tarixçi. Müsavat Partiyasının sabiq başqan müavini, III Respublika Platformasının həmtəsisçisi və qurucu heyət üzvü.

Yadigar Sadıqlı
Müsavat Partiyası başqanının müavini
2014 – 2018
BaşqanArif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1968(1968-09-29) (57 yaş)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (2000–2023)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb.

Fəaliyyəti

2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. Sadıqlı ardınca seçkini ədalətsiz adlandırıb.

2023-cü ilin dekabrından bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "III Respublika Platforması" Hərəkatının həmtəsisçisi, qurucu heyət üzvüdür.

13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir.

200-dən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)", 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.

Həbs edilməsi

2013-cü il iyunun 27-də Lənkəran şəhərində həbs edildi. O, rəsmi məlumatlara əsasən iyunun 25-də Lənkəran şəhərində çayxanaların birində mobil telefonla həmin şəhər sakini Rəşid Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edildi. Həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus hesab olundu. Lənkəran şəhər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli Qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edildi. Şirvan şəhər Apellyasiya Məhkəməsinin 22 iyul 2014-cü il tarixli Qərarına əsasən isə həbs cəzası 4 ilə, Ali məhkəmənin 13 yanvar 2015-ci il tarixli qərarı ilə 3 il 6 aya endirildi. 2 il 8 ay və 20 günlük həbsdən sonra 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azad edildi.

Həmçinin bax

  • Tofiq Yaqublu
  • Qubad İbadoğlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yadigar sadıqlı sözünün mənası, yadigar sadıqlı haqqında məlumat. yadigar sadıqlı nədir? yadigar sadıqlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Valter Bote

  • Fevral 24, 2026

    Nov boğazı

  • Mart 01, 2026

    Yanıqlar

  • Fevral 27, 2026

    Bizerta

  • Fevral 27, 2026

    Brötan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst