Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Con Çamplin Qardner (21 iyul 1933, Nataviya (Nyu-York) — 14 sentyabr 1982, Pensilvaniya) — ABŞ yazıçısı.

Con Qardner

  • Ana Səhifə
  • Vikipediya
  • Con Qardner

Con Çamplin Qardner (21 iyul 1933, Nataviya (Nyu-York) — 14 sentyabr 1982, Pensilvaniya) — ABŞ yazıçısı.

Con Qardner
Doğum tarixi 21 iyul 1933(1933-07-21)[…]
Doğum yeri
  • Bataviya, Cenesi qraflığı (Nyu-York), Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 14 sentyabr 1982(1982-09-14)[…] (49 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
  • Bataviya
Təhsili
  • Sent-Luis Vaşinqton Universiteti
Fəaliyyəti yazıçı, tərcüməçi, romançı, esseist, yazıçı-dokumentalist[d], ədəbi tənqidçi, uşaq ədəbiyyatı yazıçısı, jurnalist, bioqraf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Con Çamplin Qardner (John Champlin Gardner, 1933–1982) XX əsr Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Yazıçı romanlarında insan problemi, onun mövcudluğu, mahiyyəti kimi problemlər qoyur. Məhz bu problemlərin qoyuluşu Qardnerin romanlarının müasir dünya ədəbi prosesinə qoşulmasına imkan verir. Yazıçının bədii metodu özündə realist, postmodernist, həmçinin ekzistensialist ənənələri birləşdirir.

Qardner yazıçı və tənqidçi kimi XX əsrin II yarısındakı Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun "Dirilmə"("The Resurrection") adlanan ilk romanı 1966-cı ildə nəşr olunmuş və artıq 10 il sonra Qardner ölkəsinin aparıcı nasirlərindən birinə çevrilmişdi. Qısa yaradıcılıq həyatına malik olmasına baxmayaraq (50 yaşına çatmamış Qardner motosikl qəzasında həlak olmuşdu), o, dünya ədəbiyyatına romanlar, hekayələr, operalara yazılmış librettolar, radiopyeslər və s. müəllifi kimi daxil olmuşdur. Qardner gözəl rəsmlər çəkən, ədəbiyyat tarixini və pedaqogikanı dərindən bilən çox istedadlı bir insan idi.

1955-ci ildə Vaşinqton universitetini "sənət üzrə bakalavr" dərəcəsi ilə bitirən Qardner, bir il sonra "sənət üzrə magistr" dərəcəsinə yiyələnir və nəhayət, 1958-ci ildə Ayova ştatında yerləşən universitetdə "fəlsəfə doktoru" elmi dərəcəsi adına layiq görülür.

Qardner ilk növbədə filoloq, pedaqoq və tərcüməçi (qədim ingilis dilindən) kimi məşhurdur. Artıq ilk işlərindən biz yazıçının mediivistikaya maraq göstərməsinin şahidi oluruq. Buna parlaq nümunə kimi yazıçının orta əsr ingilis misteriyalarından olan Veykfild Kitabları Silsiləsini (The Construction of the Wakefield Cycle, 1974), qədim ingilis xristian poeziyası nümunələrini (The Construction of Christian poetry in old English, 1975), "Çoserin poeziyası" (The Poetry of Chaucer, 1977) adlı monoqrafiyasını, orta əsr nəzm əsərlərindən müasir ingilis dilinə etdiyi tərcümələri (əsasən, "Arturun ölümü" poeması (The Alliterative Morte Arthure and Other Middle English Poems, 1971) və XIV əsrə aid anonim əsərlər, müəllifin adına yazılan "Ser Qaveyn və yaşıl cəngavər" poeması) qeyd etmək lazımdır.

Qardnerin adını uzun müddət Amerikanın bir çox universitetlərində haqqında seminarlar aparmış "Beovulf" eposu ilə əlaqələndirirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Con Qardner haqqında məlumat. Con Qardner nədir? Con Qardner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yorğan

  • Fevral 27, 2026

    Burre

  • Fevral 24, 2026

    İlahiyyat

  • Fevral 27, 2026

    Hakodate

  • Fevral 27, 2026

    Urmiya xanlığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst