Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971),

Kübra Fərəcova

  • Ana Səhifə
  • Vikipediya
  • Kübra Fərəcova

Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur.

Kübra Fərəcova
Azərbaycan SSR səhiyyə naziri
4 mart 1947 – 19 sentyabr 1950
ƏvvəlkiƏsgər İsmayılov
SonrakıMahmud Əliyev
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi
6 mart 1944 – 24 mart 1947
SonrakıSəftər Cəfərov
i. e. 1943 – 6 mart 1944
ƏvvəlkiXəlil Əfəndiyev
Azərbaycan SSR xalq səhiyyə komissarı
8 may 1938 – 9 sentyabr 1939
ƏvvəlkiMüseyib Hüseynov
SonrakıƏziz Əliyev
Azərbaycan SSR xalq səhiyyə komissarının müavini
1937 – 1938
KomissarMüseyib Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 16 may 1907(1907-05-16)
Doğum yeri
  • Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi oktyabr 1988(1988-10) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1932–1988)
Fəaliyyəti siyasətçi, pediatr, həkim

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 19601960 "Səhiyyə əlaçısı" döş nişanı

Mündəricat

Həyatı

Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir.

Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur. Həkimlik diplomunu aldıqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində "Ana və uşaqların mühafizəsı" adlı elmi iş üzərində Elmi-Tədqiqat İnstitutunda çalışmalar aparmışdır.

1937-ci ildə Kübra Fərəcova Azərbaycan SSR xalq səhiyyə komissarının müavini vəzifəsində irəli çəkilmiş, bir neçə aydan sonra isə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində (1942–1943) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmiş, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır. 1947–1950-ci illərdə Azərbaycan SSR səhiyyə naziri olmuşdur. SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–3-cü çağırış) deputatı seçilmişdir.

Kübra Fərəcova 1950-ci ildə N. K. Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutunun direktoru təyin olunmuş və 30 ilə yaxın bu instituta rəhbərlik etmişdir. 1979-cu ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. 1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasın müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 120-dək artıq elmi əsərin, 20-yə yaxın metodiki tövsiyənin və broşurların müəllifi olmuşdur. O, həmçinin dəfələrlə Azərbaycan Dövlət Tibb İnstitutunda dövlət imtahan komissiyasının sədri olmuşdur.

Kübra Fərəcova 1988-ci ildə (bəzi mənbələrə əsasən 1 oktyabr və ya 18 oktyabr) Bakıda vəfat etmişdir.

1992-ci ilin sentyabrında Azərbaycan Respublikası səhiyyə nazirinin əmri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna Kübra Fərəcovanın adı verilmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 24 may 1960
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — biri noyabr 1943
  • 2 dəfə "Şərəf nişanı" ordeni — biri 25 fevral 1946
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 noyabr 1985
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
  • "Səhiyyə əlaçısı" döş nişanı — 1964
  • İttifaq əhəmiyyətli fərdi təqaüdçü — 1979-cu ildən

Əsərləri

  • Азәрбајҹанда ана вә ушагларын мүһафизәси. Бакы: 1968
  • Методические рекомендации по организации, контролю и оценке физического развития детей дошкольного возраста в сельской местности Азербайджанской ССР (совм. с М.Н.Бахшиевым). Баку: 1977

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kübra Fərəcova haqqında məlumat. Kübra Fərəcova nədir? Kübra Fərəcova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Miralayevlər

  • Mart 01, 2026

    Təkəqaya

  • Fevral 27, 2026

    Vampir

  • Mart 01, 2026

    Damburneya bicolor

  • Fevral 27, 2026

    Ritorika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst