Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səftər Məmməd oğlu Cəfərov (1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin səd

Səftər Cəfərov

  • Ana Səhifə
  • Vikipediya
  • Səftər Cəfərov

Səftər Məmməd oğlu Cəfərov (1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961).

Səftər Cəfərov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
26 noyabr 1959 – 16 noyabr 1961
Əvvəlkiİlyas Abdullayev
SonrakıMəmməd İsgəndərov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini
23 yanvar 1958 – 26 noyabr 1959
Sədrİlyas Abdullayev
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi
24 mart 1947 – 23 yanvar 1958
ƏvvəlkiKübra Fərəcova
SonrakıZərifə Şükürova
Azərbaycan SSR torpaq naziri
28 mart 1946 – 22 mart 1947
Əvvəlkivəzifənin adı dəyişdirilib
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan SSR xalq torpaq komissarı
27 oktyabr 1940 – 28 mart 1946
ƏvvəlkiƏləkbər Əliyev
Sonrakıvəzifənin adı dəyişdirilib
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
1937 – 1937
Azərbaycan SSR xalq ədliyyə komissarı
1933 – 1935
Azərbaycan SSR prokuroru
1932 – 1935
Şəxsi məlumatlar
Doğum tarixi 1900(1900)
Doğum yeri
  • Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 noyabr 1961(1961-11-16) (60–61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1920–1961)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 19601960 "Lenin" ordeni — 19431943 "Qırmızı əmək bayrağı" ordeni — 19401940 "Qırmızı əmək bayrağı" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.

1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.

Səftər Cəfərov 1947-ci ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1958-ci ildən sədr müavini, 1959-cu ilin noyabrından isə sədri olmuşdur. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur.

Sov. İKP 22-ci qurultayının, Azərbaycan KP 19–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. Sov. İKP 22-ci qurultayında Sov. İKP mərkəzi təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1–5 çağırış deputatı olmuşdur.

Səftər Cəfərov 16 noyabr 1961-ci ildə Bakıda ürək-damar xəstəliyindən vəfat etmiş və 19 noyabrda Fəxri Xiyabanda dəfn edilmişdir.

Təltifləri

  • 2 dəfə "Lenin" ordeni — 1943, 7 sentyabr 1960
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — biri 27 aprel 1940

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səftər Cəfərov haqqında məlumat. Səftər Cəfərov nədir? Səftər Cəfərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 12, 2026

    Oksigen

  • Fevral 23, 2026

    29 noyabr

  • Fevral 23, 2026

    Berlin

  • Fevral 25, 2026

    Müjdə

  • Fevral 25, 2026

    Saxalin adası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst