Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zakir Zeynalov (21 mart 1939, Mülkülü, Tovuz rayonu – 6 dekabr 2000, Bakı) — Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq üzrə Ali Attestasiya bölməsinin

Zakir Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Zakir Zeynalov

Zakir Zeynalov (21 mart 1939, Mülkülü, Tovuz rayonu – 6 dekabr 2000, Bakı) — Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq üzrə Ali Attestasiya bölməsinin rəhbəri, Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.1991-ci ildə Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının təməlini qoyanlardan olmuşdur. 23 yanvar 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru seçilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Prezident Seçkilərində Prezidentliyə namizəd Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olmuşdur.

Zakir Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1939(1939-03-21)
Doğum yeri
  • Mülkülü, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi 6 dekabr 2000(2000-12-06) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Bakı Dövlət Universiteti
İxtisası Hüquqşünas
Fəaliyyəti siyasətçi
Atası Əlixan Zeynalov
Həyat yoldaşı Çimnaz Zeynalova
Uşaqları Qəmər Zeynalova, Adil Zeynalov, Nazim Zeynalov

Həyatı

Zakir Əlixan oğlu Zeynalov 1939-cu ilin mart ayının 21-də Tovuz rayonunun Əlibəyli şenliyinin Mülkülü kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1962-ci ildə ali təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1962–1964-cü illərdə Qazax və Naxçıvan Muxtar Respublikasının Şərur rayon prokurorluqlarında müstəntiq işləmişdir. 1964–1967-ci illərdə Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İstitutunun aspiranturasında oxumuşdur. Hüquq elmləri doktorudur. 1967–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 1970–1972-ci illərdə respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin prokuroru, 1972–1976-cı illərdə Zaqatala rayon prokuroru, 1976–1977-ci illərdə respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1977–1981-ci illərdə Respublika prokurorluğu İstintaq idarəsinin rəisi, respublika prokurorunun müavini işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhərinin Sabunçu rayonunda, 1989–1992-ci illərdə Sumqayıt şəhərində prokuror, 1992–1993-cü illərdə Laçın rayonunda prokuror köməkçisi, 1993–1995-ci illərdə isə Gəncə şəhərində prokuror işləmişdir. Zakir Zeynalov 1995-ci ildə Respublika prokurorluğu Daxili İşlər Orqanlarında Qanunların icrasına nəzarət idarəsinin rəisi işləmiş, deputatlığa namizədliyi ilə əlaqədar, qanuna müvafiq surətdə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. 1995-ci ildə 87 saylı Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri olmuşdur.

2000-ci ildə ikinci dəfə 87 saylı Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat və Milli Məclisin vitse-spikeri seçilmiş, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri kimi fəaliyyətini davam etdirmişdir. .

Azərbaycan Respublikasının Konstitusiyasının və bir sıra qanunların hazırlanmasında yaxından iştirak etmişdir. 1995-ci ildən etibarən Heydər Əliyevin şəxsi vəkili olmuşdur.

6 dekabr 2000-ci ildə dünyasını dəyişib. Milli Məclisin Hüquq siyasəti daimi komissiyasının sədri olan Z.Zeynalov nufuzlu və hörmətli millət vəkillərindən sayılıb. Z.Zeynalov həmçinin sənətə, ədəbiyyata, musiqiyə böyük dəyər verib. Bir çox şeirlərin və mahnıların müəllifidir . Bəzi bəstələri tanınmış sənətçilər tərəfindən ifa olunur.

Üç övladı var. Böyük qızı Qəmər Zeynalova tibb sahəsində fəaliyyət göstərir. Böyük oğlu Adil Zeynalov Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır. Kiçik oğlu Nazim Zeynalov isə Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsində çalışır. Nazim Zeynalov həmçinin Azərbaycan Respublikası Prezidentindən bəhs edan "Xalqın inam va etimad ünvanı" kitabının da müəlifidir. Sözlərinə bəstələnmiş "Odlar yurdum Azərbaycan" mahnısı dövlət tədbirlərində oxunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zakir Zeynalov haqqında məlumat. Zakir Zeynalov nədir? Zakir Zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Amerikan mətbəxi

  • Fevral 27, 2026

    Falconiformes

  • Fevral 23, 2026

    Kuban çayı

  • Fevral 27, 2026

    Nişan

  • Fevral 27, 2026

    Zəncan üsyanı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst