Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu.

Zəncan üsyanı

  • Ana Səhifə
  • Vikipediya
  • Zəncan üsyanı

Zəncan üsyanı — 1850-ci il dekabrın sonunda yatırılan üsyan.

Zəncan üsyanı
Tarix 1850
Yeri Zəncan
İştirakçılar 15000

Məzmun

1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.

Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəncan üsyanı haqqında məlumat. Zəncan üsyanı nədir? Zəncan üsyanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    90 (ədəd)

  • Fevral 27, 2026

    1868-ci il

  • Fevral 27, 2026

    Çindexan

  • Fevral 27, 2026

    Kris Hemsvort

  • Fevral 23, 2026

    Xorvat

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst