Çubu regionu (中部地方, Chūbu-çihō?, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur.
| Çubu | |
|---|---|
| 中部地方 Chūbu-çihō | |
![]() Çubu regionu Yaponiya xəritəsində | |
| Yerləşməsi | |
| Ölkə | |
| Ada | Honşu |
| Statistika | |
| Sahə | 72572,34 km² |
| Əhali | 21715822 nəf. |
| Əhali sıxlığı | 300 nəfər/km² |
| Prefekturalar | 9 |
Coğrafiya
Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir.
Regionlar
Tokai
Tokai regionu (東海地方, Tōkai-chihō?) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir. Tokai Omote Nihon (表日本, yəni Ön Yaponiyanın?) hissəsi sayılır.
Çukio
Çuki Sənaye Ərazisinin (中京工業地帯, Chūkyō Kōgyō Chitai?) mərkəzi Naqoya şəhərində yerləşir və bundan başqa o, Aiçi, Gifu və Mie prefekturaların hissələrdən ibarətdir.
Koşinetsu
Hokuriku
Hokuriku regionu (北陸地方, Hokuriku chihō?, şimal torpağların regionu) Çubunun Yapon dənizinin sahilində uzanıb. Bu onu Ura Nihon (裏日本, yəni arxa Yaponiyanın?) hissəsi eləyir. Beləliklə o, Niiqata, Toyama, İşikava və Fuki prefekturalarının hissələrdən ibarətdir.
Parklar
- Çubu-Sanqaku Milli Parkı
- Hakusan Milli Parkı
- Minami Alpları Milli Parkı
Dağlar
- Fuci
- Yapon alpları
- Şiçito-Mariana dağları
- Akaişi dağları
- Kiso dağları
- Hida dağları
- Norikura
- Ontake
- Yariqa
- Hotaka
Çaylar
Yapon dənizinə tökülən
| Sakit okeana tökülən
|
İqtisadiyyat
Çubu regionu Yapon emal sənayesinin mərkəzidir. Burada Yaponiya hasilatının 20%-ə yaxın istehsal edilir. Bundan əlavə bu regionda düyü, meyvələr və giləmeyvələr istehsal olunur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çubu regionu haqqında məlumat. Çubu regionu nədir? Çubu regionu nə deməkdir?
