Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun

Aştarak

  • Ana Səhifə
  • Vikipediya
  • Aştarak

Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir.

Əştərək
Gerb
Gerb
40°18′ şm. e. 44°24′ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
İlk məlumat IX əsr
Sahəsi
  • 7,5 km²
Mərkəzin hündürlüyü 1.110 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 21.600 nəf. (2010)
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +374 (232)
Poçt indeksi 0201–0205
Digər
ashtarak.am
Xəritəni göstər/gizlə
Əştərək xəritədə
Əştərək
Əştərək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.

Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində «qüllə» mənasında işlənən aştarak (qüllə) sözündən əmələ gəldiyi göstərirlər. Lakin bu, ermənilərin izahıdır və elmi həqiqətdən uzaqdır. Toponim türk dili materialları əsasında düzgün izah edilə bilir.

Əştərək toponimi türk dilində «yüksək dağ keçidi» mənasında işlənən aşu sözü ilə türk dilində «qırışıqlı dağ yüksəkliyi», «parçalanmış daş qırıntıları» (çınqıl) (многозубчатые вершины ломаные горные гребни изобилуюшие пиками), «uca, çoxdişli (daraq şəkilli) dağ» mənasında işlənən tarak sözündən əmələ gəlmişdir. Bu söz «dağ başında çılpaq qaya» mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aştarak haqqında məlumat. Aştarak nədir? Aştarak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Braziliya bayrağı

  • Fevral 24, 2026

    Qüds

  • Fevral 27, 2026

    Əli Vəliyev

  • Fevral 27, 2026

    Şimal qütbü

  • Fevral 27, 2026

    Hənif

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst