Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən

Qüds

  • Ana Səhifə
  • Vikipediya
  • Qüds

Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri.

Qüds
ירושלים
القدس
Bayraq[d]
Bayraq[d]
31°46′44″ şm. e. 35°13′32″ ş. u.HGYO
Ölkə
  •  İsrail
  •  Fələstin Dövləti
Tarixi və coğrafiyası
Əsası qoyulub e. ə. IV minillik
Sahəsi
  • 125,42 km²
Mərkəzin hündürlüyü 754 m
Saat qurşağı
  • UTC+02:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 936.425 nəf. (2019)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 91000–91999
Digər
jerusalem.muni.il
Qüds xəritədə
Qüds
Qüds
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.

Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınmışdır. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülmüşdür. Hal-hazırda həmin divarlar müsəlman, xristian, yəhudi olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir. 1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib.

Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır. Qüdsdə bu dinlərin ən məşhur məbədlərinin bir hissəsi yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtə kimi bəşəriyyət tarixində özəl bir əhəmiyyət daşıyır. Qüdsdə olan Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir.

2024-cü ilin oktyabrında Qüds əhalisinin sayı bir milyon nəfərə çatdı, onların 33%-i ərəblər (müsəlmanlar və xristianlar), qalanları isə yəhudilər idi. Hesablamalara görə, 2050-ci ildə Qüdsün əhalisi 5 milyon nəfər olacaq.

Mündəricat

Etimologiya

Qərb və yəhudi mənbələrində Yerusəlim (ivr. ‏ירושלים‏‎ Yeruşala(y)im ). İncilin ərəb dilinə tərcümələrində — أورشليم Ūrşlšalīm (Ūrşalīm), Ūrşəlim,. Beytül-Müqəddəs adlarıyla da tanınır

Ərəb dilində adı

Qüds şəhəri ərəb dilində əl-Qüds القُدس, yəni müqəddəs yer adlanır. İsrail hökuməti siyasəti isə yəhudi və ingilis mənbələrində istifadə edilən Yerusəlim adına bənzər Ūršalīmin istifadə edilməsini tövsiyə edir. أُورُشَلِيمَ-القُدس. Qüdsdən olan Fələstinli ərəb ailələri Qüdsi və Məqdisi adlandırılır.

Tarixi

Antik era

Feodal dövrü

Yeni dövr

Müasir dövrü

Qüds

Qüdsün statusu – qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Dövləti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Bu gün "Yaxın Şərq dördlüyü" tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 60 ildən artıqdır davam edən münaqişəni "ölü nöqtədən" tərpətməyə yönəlmiş səylərini davam etdirir, lakin ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir.

Siyasi statusu

Beynəlxalq mövqe

İsrailin paytaxtı kimi

Fələstinin paytatı kimi

Coğrafiya

Əhali

Din

Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.

Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

Köhnə Şəhərə yeddi qapıdan birindən keçməklə daxil olmaq olar. Köhnə Şəhər dörd məhəllədən — müsəlman, yəhudi, xristian və erməni məhəllələrindən ibarətdir. İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud "Kədər Yolu" məhz müsəlman məhəlləsindən başlayır. "Kədər Yolu" — İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.

Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar Ağlama divarı adlanır. Yəhudilər buraya məhv olmuş Məbədə kədərlərini ifadə etmək üçün gəlirlər. Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazaraq divardakı deşiklərə soxurlar. Onlar ümid edir ki, Tanrı onların dualarını eşidəcək.

İqtisadiyyat

Mədəniyyət

Musiqi

Təhsil

Tanınmış şəxsləri

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qüds haqqında məlumat. Qüds nədir? Qüds nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Parad

  • Fevral 24, 2026

    Xəzər Aslanov

  • Fevral 24, 2026

    Sasani

  • Fevral 23, 2026

    Məhəmməd

  • Fevral 24, 2026

    Təl-Əviv Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst