Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov (17 aprel 1940, Bakı – 5 fevral 2025) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (1989).
| Rüfət Mir-Qasımov | |
|---|---|
| Doğum tarixi | 17 aprel 1940 |
| Doğum yeri | |
| Vəfat tarixi | 5 fevral 2025 (84 yaşında) |
| Atası | Mir Əsədulla Mirqasımov |
| Elmi dərəcəsi |
|
| İş yerləri |
|
| Təhsili |
|
Həyatı
Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində, akademik Mirəsədulla Mirqasımovun ailəsində anadan olub. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
AMEA Fizika İnstitutunda (1963–1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Fizika-riyaziyyat elmləri doktoru idi. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2025-ci ilin fevralında vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rüfət Mir-Qasımov haqqında məlumat. Rüfət Mir-Qasımov nədir? Rüfət Mir-Qasımov nə deməkdir?