Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Qasım Abdullah ibn Məhəmməd ibn Əbdüləziz ibn əl-Mərzban əl-Bəğavi (ərəb. أبو القاسم البغوي‎; 829, Bağdad – 929, Bağdad) — hədis alimi.

Əbül-Qasım əl-Bəğavi

  • Ana Səhifə
  • Vikipediya
  • Əbül-Qasım əl-Bəğavi

Əbül-Qasım Abdullah ibn Məhəmməd ibn Əbdüləziz ibn əl-Mərzban əl-Bəğavi (ərəb. أبو القاسم البغوي‎; 829, Bağdad – 929, Bağdad) — hədis alimi.

Əbül-Qasım əl-Bəğavi
ərəb. أبو القاسم البغوي‎
Doğum tarixi 829(0829)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 929(0929) (99–100 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Elm sahəsi hədis elmi
Tanınmış yetirmələri Darəqutni, Təbərani

Mündəricat

Həyatı

Mənşəyi

Hicri 214-cü (829) ildə Bağdadda doğulub. Ailəsi Xorasanın Bağşur və ya Bağ məntəqəsinə mənsubdur. Buna görə də nisbəsi "Bəğavi"dir. Onu İbn bint Əhməd ibn Məni də adlandırıblar.

Təhsili və fəaliyyəti

Bəğavi, əmisi Əli ibn Əbdüləziz və ana tərəfdən babası Əhməd ibn Məninin sayəsində kiçik yaşlarından elm məclislərində iştirak etmiş və on bir yaşından hədis öyrənməyə başlamışdır. O, aralarında Əli ibn Cəd, Əli ibn Mədini, Əhməd ibn Hənbəl, Əbu Nəsr ət-Təmmar kimi məşhur mühəddislər də olduğu 300-dən çox alimdən hədis təhsili almışdır.

İbn Səid, Qətii, İsmaili, İbn Şahin, Darəqutni, İbn Qəni, Təbərani, İbn Hibban kimi yüzlər alim ondan hədis öyrənmişdir.

Əli Yardımın bildirdiyinə görə, etibarlı mühəddis hesab olunan Bəğavi, yetişdirdiyi tələbələrlə yanaşı təsnif və yazdığı əsərlər də İslamın mədəniyyət tarixindən özünə məxsus yer tutmuşdur. Xətti gözəl olduğu üçün babası, əmisi və hətta özü üçün bir çox kitab intisab etmişdir. Həyat ikən ona paxıllıq edənlər olsa da, onlardan bir ziyanlıq görməmişdir. Nisbəsi Bəğavi olan digər alimlərlə səhv salınmasın deyə ona "əl-Bəğaviyyül-Kəbir" deyilmişdir. Lakin bununla belə bəzi mənbələr onu Muhiys-Sünnə Məhəmməd əl-Bəğavi ilə səhv salmışlar. Buna görə də, Muhyis-Sünnənin "Məalimut-Tənzil" adlı təfsirini onun əsərləri arasında göstərmişlər.

Vəfatı

Bəğavi, bir Ramazan gecəsi Bağdadda vəfat etmiş və Babüt-Tin qəbiristanlığında dəfn edilmişdir.

Əsərləri

  • Mucəmüs-Səhabə (Zahiriyyə kitabxanası, məcmuə, № 94/11).
  • Tarixu vəfatiş-Şüyux (Zahiriyyə kitabxanası, məcmuə, № 106, 8 vərəq).
  • Məsailu Əhməd ibn Hənbəl (Zahiriyyə kitabxanası, məcmuə, № 83/7, 8 vərəq).
  • Hekayətü Şöbə və Əmr ibn Mürrə.

Həmçinin Bəğavi Əhməd ibn Hənbəlin "Kitabül-Əşribə"sini rəvayət etmiş, "Hədisu Əbi Sələmə" və "Sələsətün və sələsunə hədisən min hədisi-Əbil-Qasım" adlı əsərləri qələmə almışdır.

O, müəllimi Əli ibn Cədin hədislərini toplayaraq, on üç cüzdən ibarət "əl-Cədiyyət"i və "əs-Sünən alə məzahibil-füqəha" adlı əsərləri ərsəyə gətirmişdir. Mənbələrdə onun babası və əmisinin müsnədlərindən faydalanaraq ərsəyə gətirdiyi "əl-Müsnəd" adlı əsərdən də bəhs edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Qasım əl-Bəğavi haqqında məlumat. Əbül-Qasım əl-Bəğavi nədir? Əbül-Qasım əl-Bəğavi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fiziki kəmiyyət

  • Fevral 27, 2026

    Tayfur Sökmen

  • Fevral 23, 2026

    Diokletian

  • Fevral 27, 2026

    Yağləvənd obası

  • Mart 01, 2026

    Somali bayrağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst