Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen, Almaniya ittifaqı – 2 fevral 1905[…], Port-of-Speyn, Britaniya imperiyası) — Alman

Adolf Bastian

  • Ana Səhifə
  • Vikipediya
  • Adolf Bastian

Adolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen, Almaniya ittifaqı – 2 fevral 1905[…], Port-of-Speyn, Britaniya imperiyası) — Alman etnoqrafı, səyyahı və filosofu.

Adolf Bastian
alm. Adolf Bastian‎
Doğum adı Philipp Wilhelm Adolf Bastian
Doğum tarixi 26 iyun 1826(1826-06-26)[…]
Doğum yeri
  • Bremen, Almaniya ittifaqı
Vəfat tarixi 2 fevral 1905(1905-02-02)[…] (78 yaşında)
Vəfat yeri
  • Port-of-Speyn, Britaniya imperiyası
Elm sahəsi etnoqrafiya
Elmi dərəcələri
  • tibb doktoru[d] (1850),
  • professor (1871)
İş yerləri
  • Humboldt adına Berlin Universiteti
Təhsili
  • Heydelberq Universiteti,
  • Yena Universiteti,
  • Humboldt adına Berlin Universiteti,
  • Vürtsburq Universiteti
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Berlin Coğrafiya Cəmiyyəti (1868)
Mükafatları 2-ci dərəcəli "Qırmızı qartal" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Xalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian xarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psixologiyaya, adi və xalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi. Onun materializmdən və idealizmdən yüksəkdə durmaq ideyası sadəlövhlük olub о, digər təkamülçülərə nisbətən daha çox idealist xarakter daşıyırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adolf Bastian haqqında məlumat. Adolf Bastian nədir? Adolf Bastian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Matbat dili

  • Fevral 27, 2026

    Midhət Əhmədov

  • Fevral 27, 2026

    Pirhəsənli

  • Fevral 27, 2026

    Ziyadoğulları

  • Fevral 27, 2026

    Şimali Xan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst