Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhb

Dəniz Baykal

  • Ana Səhifə
  • Vikipediya
  • Dəniz Baykal

Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili.

Dəniz Baykal
türk. Deniz Baykal
Türkiyə Baş nazirinin müavini
31 oktyabr 1995 – 6 mart 1996
SonrakıNahit Menteşe[d]
Türkiyənin xarici işlər naziri
31 oktyabr 1995 – 6 mart 1996
ƏvvəlkiCoşqun Kırca
SonrakıEmre Gönensay[d]
Türkiyənin xəzinə və maliyyə naziri
26 yanvar 1974 – 17 noyabr 1974
Türkiyə Böyük Millət Məclisinin üzvü
7 iyul 2018 – 11 fevral 2023
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1938(1938-07-20)
Doğum yeri
  • Antalya, Antalya ili, Türkiyə
Vəfat tarixi 11 fevral 2023(2023-02-11) (84 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Partiya
  • Cümhuriyyət Xalq Partiyası (1968–2023)
Təhsili
  • Ankara Universitetinin Hüquq fakültəsi[d],
  • Kaliforniya Universiteti,
  • Kolumbiya Universiteti
Fəaliyyəti diplomat, siyasətçi, vəkil
Uşağı 2
Dini İslam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb.

Siyasi fəaliyyəti

1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib.

Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib. Baykal həmin ilin sentyabr ayının 12-də baş verən hərbi çevrilişdən sonra bir müddət Ankarada Ordu Dil Məktəbində nəzarət altında saxlanıb.

1982-ci ildə qəbul edilmiş konstitusiyanın 5 il müddətinə siyasətlə məşğul olmağı qadağan etdiyi siyasətçilər arasında yer alan Baykal 1983-cü ildə siyasi partiyaların qurulmasına icazə verildikdən sonra "siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, fəaliyyətini davam etdirdiyinə" görə bir qrup qabaqcıl Cümhuriyyət Xalq Partiyası-li və AP-li siyasətçilər ilə birlikdə Çanaqqala Zəncirbozan hərbi bazasında ikinci dəfə nəzarət altına alınır.

1987-ci ilin sentyabr ayında Türkiyə parlamentinə keçirilən seçkilərdə yenə doğma şəhəri Antalyadan millət vəkili seçilir. SHP-də baş katib vəzifəsini icra edən Baykal 1990-cı ildə vəzifəsindən istefa edir. Bununla yanaşı, Dəniz Baykal millət vəkili kimi Türkiyə-Avropa Birliyi birgə Parlamentlərarası Komitəsinin həmsədri vəzifəsini icra edib. Avropa Şurasının Parlamentarilər Məclisinə daxil olan Dəniz Baykal eyni zamanda TBMM-in Xarici İşlər Komissiyasının da üzvü olub.

1992-ci ilin iyul ayında bağladılmış siyasi partiyaların yenidən açılmasına icazəni nəzərdə tutan qanunun verdiyi imkanla 1992-ci il sentyabr ayının 9-da Cümhuriyyət Xalq Partiyasının sədri seçilib. 1995-ci ildə formalaşan DYP-Cümhuriyyət Xalq Partiyası koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edib.

1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilir. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə xarici işlər naziri və baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilir.

1999-cu ildə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası ilk dəfə parlamentdən kənarda qalır. Partiyasının seçkilərdə müvəffəqiyyətsizliyə uğramasından sonra Baykal partiya sədrliyi vəzifəsindən getdiyini bildirir.

2007-ci ildə yenə Baykalın liderliyindəki Cümhuriyyət Xalq Partiyası Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8 %-ini əldə edərək məclisdə ana müxalifət partiyasına çevrilir.

Dəniz Baykal Olcay Baykal ilə evlidir. Xanım Olcay Antalyada anadan olub. Maraqlıdır ki, Dəniz Baykal həyat yoldaşı ilə Akçakoca vilayətində gizli şəkildə evlənib.

Dəniz Baykal siyasətçi olmaqla yanaşı, dosentdir və çox yaxşı üzgüçüdür.

Dəniz Baykal 11 fevral 2023-cü ildə vəfat etmişdir. Ankarada dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəniz Baykal haqqında məlumat. Dəniz Baykal nədir? Dəniz Baykal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aeronavtika

  • Fevral 27, 2026

    Yucca

  • Fevral 27, 2026

    İncəsu (Kayseri)

  • Fevral 27, 2026

    NGC 3119

  • Fevral 27, 2026

    Kelli Preston

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst