İlxı qoruğu — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
| Kənd | |
| İlxı qoruğu | |
|---|---|
| Ölkə | |
| Rayon | Üçkilsə rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
Tarixi
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
Toponimi
Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən əmələ gəlib "atlar üçün qoruğun yanındakı kənd" mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənd "İlxı qoruğu" yerinin adı ilə adlanmışdır. İlxı qoruğu isə İrəvan xanlarının at ilxılarının saxlandığı yerin adıdır.
Əhalisi
Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlxı qoruğu haqqında məlumat. İlxı qoruğu nədir? İlxı qoruğu nə deməkdir?