Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzim

Fiziologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Fiziologiya

Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax: normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax: patofiziologiya) öyrənən elm. Fiziologiya canlı orqanizm və onun həyat fəaliyyəti haqqında olan elmdir. Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir. Fiziologiyanın öyrənmə obyekti canlı orqanizmdir. Bioloji elmlərə aid olub, bütöv orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətinin, bu fəaliyyətin səbəb və mexanizmlərini müəyyən etməklə orqanizm ilə xarici mühit arasındakı əlaqəni öyrənir. Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir:

  1. Bitki fiziologiyası
  2. İnsan və heyvan fiziologiyası
Fiziologiya
Elm sahəsi → öyrənir
Biologiya → Canlı təbiəti
Ümumi biologiya → Canlı sistemlərin ümumi xüsusiyyətlərini
Fiziologiya → Orqanizmlərin fəaliyyətini
Yarımbölmə → öyrənir

Fiziologiyanın inkişaf tarixi

Qədim fiziologiyanın inkişafı – Fiziologiyanın tarixi çox qədimdir. Onun əsasını eramizdan əvvəl Çində, Hindistanda, Yunanistanda və s. yaşamış filosoflar və həkimlərin anatomiyası və fiziologiyaya aid bəzi təsəvvürləri təşkil edir. Eramızdan 400 il əvvəl yaşamış Hipokrat (460–377) təbabətə aid qiymətli məlumatlar vermişdir. O, insanın bədən quruluşunu , kəllənin örtük sümüklərini öyrənmiş , bəzi cərrahi əməliyyatlar aparmış , şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir. Azərbaycan fiziologiyasının inkişafı. Azərbaycan fiziologiya məktəbin təşkilində və ilk fizioloqların hazırlanmasında Pavel Yuryevic Rostovsev 1877-ci il Moskva da anadan olmuşdur. O ,1901-ci ildə Peterburq Hərbi –Tibb akademyasını bitirdikdən sonra fiziologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır.Косицкий Г.И.Физиология человека.-Москва,1985.

İnsan və heyvan fiziologiyası aşağıdakı bölmələrə ayrılır

  1. Ümumi fiziologiya
  2. Müqayisəli fiziologiya
  3. Xüsusi fiziologiya

Ümumi fiziologiya-orqanizmdə , o cümlədən hüceyrə daxilində gedən prosesləri və bunlar arasındakı qarşılıqlı funksional dəyişikliklərin ümumi qanunauyğunliqlarını öyrənir. Müqayisəli fiziologiya- öz fəaliyyətini müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərinə həsr edir. Müxtəlif zooloji qruplara aid canlının həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənən təkamül fizioloji müqayisəli fizioson pilləsidir. Təkamül fiziologiyası,ekologiya,ontologiya və paleofiziologiya bölmələri vardır. Xüsusi fiziologiya-müxtəlif orqan və sistəmlərinin funksiyalarını, onlar arasındakı qarşılıqlı əlaqəni, daxili və xarici amillərdən asılığını, orqanizmin davranışını və s. öyrənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fiziologiya haqqında məlumat. Fiziologiya nədir? Fiziologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Azadkənd (Saatlı)

  • Fevral 23, 2026

    Təkbir

  • Fevral 23, 2026

    Qıpçaq dilləri

  • Fevral 24, 2026

    Göy

  • Fevral 23, 2026

    Çənəsiqıllılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst