Tircan — Azərbaycanın İsmayıllı rayonunun Tircan kənd inzibati ərazi dairəsində kənd.
| Tircan | |
|---|---|
| 40°44′20″ şm. e. 48°20′01″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 893 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Tircan | |
Tircan kəndi qədim yaşayış məskənlərindən biridir.
Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir.
1. Soğanlıq (e.ə. I əsr)
2. Xəşdöşə (təxminən 1500–1620-ci illər)
3. Köhnə kənd (1620–1907-ci illər)
4. Kəndin indi yerləşdiyi yer (1907-ci ildən başlayır)
Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan "Soğanlıq" adlanan yer olmuşdur. Eramızdan əvvəl 1-ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş "Soğanlığ" deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70–80 ha bərabərdir.
E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur. Soğanlıq ərazisində yerləşən Tircan kənd əhalisi bu tayfalardan biri olmuşdur. Qədim Albanların etnosundan yazan tarixçilər albanların gözəl, hündürboylu, sarışın, boz gözlərə malik olduqlarını qeyd etmişlər.
Bu insanlar aborogen–yerli insanlar Azərbaycan, Dağıstan və Qafqazın başqa vilayətlərinin dağ və dağətəyi bölgələrində təmsil olunan kafkasion tipinin nümayəndələri olmuşlar.
Tircan İsmayıllı rayonun mərkəzindən 23 km cənub şərqdə Şamaxı–İsmayıllı avtomobil yolu kənarında dağ ətəyində yerləşir. Əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur. Mədəniyyət evi, orta məktəb, məscid, tibb məntəqəsi var.
Əhali
1859–1864-cü ilə olan məlumata əsasən Tircan kəndində 70 evdə 283 nəfəri kişilər, 201 nəfəri isə qadınlar olmaqla 484 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.
Əhali Azərbaycan türkləri və ləzgilərdən (az sayda) ibarətdir.
Tanınmış şəxslər
- Yanvar Bədəlov — aşıq
- Vüsal Abdullazadə — idmançı
Abidələri
Kəndin cənubunda antik dövrə aid qəbiristanlıq aşkar edilmişdir. Qədim Albanlara məxsus olan bu abidə e.ə. 1-ci minilliyin sonuna təsadüf edir. Oradan müxtəlif saxsı qablar, dəmirdən hazırlanmış əmək alətləri, silah nümünələri və s. tapılmışdır. Tircandan 3–4 km cənub şərqdə orta əsrlərə aid yaşayış məskəninin xarabalıqları yerləşir. Buradan 8–13 əsrlərə aid müxtəlif əşyalar aşkar edilımişdir. Tapıntılardan o da məlum olmuşdur ki, Tircan ərazisinin hələ e.ə. 1-ci minilliyin yarısından məskunlaşdığını ğöstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tircan haqqında məlumat. Tircan nədir? Tircan nə deməkdir?
