Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Kristian (dan. Christian 1.; fevral 1426, Oldenburq – 21 may 1481, Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kra

I Xristian

  • Ana Səhifə
  • Vikipediya
  • I Xristian

I Kristian (dan. Christian 1.; fevral 1426, Oldenburq – 21 may 1481, Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır.

I Kristian
alm. Christian‎
Danimarka kralı
1 sentyabr 1448 – 21 may 1481
ƏvvəlkiBavariyalı Xristofor
SonrakıI Con
Norveç kralı
13 may 1450 – 21 may 1481
ƏvvəlkiVIII Çarlz
SonrakıI Con
İsveç kralı
23 iyun 1457 – 23 iyun 1464
ƏvvəlkiVIII Çarlz
SonrakıVIII Çarlz
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1426(1426-02)
Doğum yeri
  • Oldenburq, Veymar Respublikası
Vəfat tarixi 21 may 1481(1481-05-21) (55 yaşında)
Vəfat yeri
  • Kopenhagen qəsri[d], Kopenhagen bələdiyyəsi[d], Danimarka, Kalmar birliyi
Dəfn yeri
  • Roskille kafedralı[d]
Fəaliyyəti monarx
Həyat yoldaşı
  • Brandenburqlu Doroteya (1449–1481)
Uşaqları
  • I Con,
  • Danimarkalı Marqarita (Şotlandiya kraliçası),
  • I Fridrix
Ailəsi Oldenburqlar
Dini Roma-Katolik kilsəsi
Təltifləri "Serafimlər" ordeni "Fil" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Karl İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Karlın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Kristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Kristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi.

1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Kristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.

26 oktyabr 1449-cu ildə sələfi Danimarka kralı Bavariyalı Xristoforun dul xanımı Brandenburqlu Doroteya ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü.

  • Olaf (1450-1451)
  • Kanut (1451-1455)
  • I Con
  • Marqarita
  • I Fridrix

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Xristian haqqında məlumat. I Xristian nədir? I Xristian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Əfqanıstan Prezidenti

  • Fevral 27, 2026

    Alkaloidlər

  • Mart 01, 2026

    Qərvənd (Füzuli)

  • Mart 01, 2026

    Kirpikliqarın qurdlar

  • Fevral 27, 2026

    Əşrəf Hakimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst