Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Norveç tarixi — Norveç Krallığının eramızdan əvvəl ki, dövründən günümüzə qədər olan tarixini əhatə edir.

Norveç tarixi

  • Ana Səhifə
  • Vikipediya
  • Norveç tarixi

Norveç tarixi — Norveç Krallığının eramızdan əvvəl ki, dövründən günümüzə qədər olan tarixini əhatə edir.

Mündəricat

İlk dövr

İnsanların Norveçdə məskunlaşması Pleystosen epoxasının sona çatmasından sonra eramızdan 12.000 əvvələ təsadüf edir. Skandinaviyada Daş dövrü və Tunc dövründən qalma qayaüstü rəsmlərin aşkarlanması burada sivilizasiyanın daha erkəndən mövcud olduğunu göstərir. Norveçdə Roma İmperiyasının dönəmində eramızın 800-cü illərinə aid olduğu təxmin edilən Runik Daşların aşkarlanması burada romalarının mövcudluğu barədə olan ehtimalları gücləndirmişdir.

Orta əsrlər

1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cü ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.

Yeni və müasir dövr

1521-ci ildə İsveç Kalmar Birliyindən ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Lüter tərəfindən Almaniyada başladılan Protestant Reformasiyası ilə sarsıldı. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etməyə davam etdilər. Kralları bir idi, amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı-ayrı olmağa davam etdi. 19-cu əsrin başlanğıcında Norveç Napolyon döyüşləriylə təməlindən sarsıldı. Fransa müharibədə məğlub olanda Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir.

Norveç Birinci Dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına baxmayaraq 9 aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 may 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

Ədəbiyyat

İngiliscə

  • Thormod Torfæus: Historia Rerum Norvegicarum; [now available in Latin, English, Norwegian]
  • Boyesen, Hjalmar Hjorth. The History of Norway (2011)
  • Derry, T. K. A Short History of Norway (George Allen and Unwin, 1968 edition)
  • Sejersted, Francis. The Age of Social Democracy: Norway and Sweden in the Twentieth Century (Princeton University Press; 2014) 543 pages; the history of the Scandinavian social model as it developed after the separation of Norway and Sweden in 1905.
  • Stenersen, Ivar, and Oivind Libaek. History of Norway from the Ice Age to the Oil Age (3rd ed. Dinamo Forlag 2007)

Norveççə

  • Malmø, Morten. Norge på vingene! (Norwegian). Oslo: Andante Forlag. 1997. ISBN 82-91056-13-7.
  • Steine, Tor Olav. Fenomenet Norsk Data (Norwegian). Oslo: Universitetsforlaget. 1992. ISBN 82-00-21501-6.
  • Stenersen, Øyvind; Libæk, Ivar. The History of Norway. Forlaget Historie og Kultur (Norwegian). Lysaker: Dinamo Forlag. 2003. ISBN 8280710418.
  • Thuesen, Nils Petter. Norges historie. Forlaget Historie og Kultur (Norwegian). Oslo: Universitetsforlaget. 2011. ISBN 978-8292870518.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Norveç tarixi haqqında məlumat. Norveç tarixi nədir? Norveç tarixi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağdaban

  • Fevral 27, 2026

    Amrat mədəniyyəti

  • Fevral 27, 2026

    Aland adaları

  • Fevral 27, 2026

    Aqil Səmədbəyli

  • Fevral 27, 2026

    Neron

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst